Azərbaycanlı

Burada mən bir vətəndaş olaraq ölkəm barədə düşünüklərimi yazıram. Məqalələrim hazırda daha çox araşdırma xarakterlidir və onların çoxu Qarabağ müharibəsi barədədir.

Bakıda françayzisi olan AnderSon kafesinin şəbəkəsinin sahibəsi Rusiyada yaşıyan Anastasiya Tatulova erməniləri dəstəkləyib

Bakıda françayzisi olan AnderSon kafesinin şəbəkəsinin sahibəsi Rusiyada yaşıyan Anastasiya Tatulova deyib ki, balalarının dörtdəbiri ermənidir, ailəsində də erməni çoxdur. Ona görə də puluyla da sözüylə də bu müharibədə Ermənistanın tərəfindədir.
Daha sonra da bu Bakıdakı Andırsın kafesinin Azərbaycan səhifəsi post yazıb ki, françayzidən imtina edəcəyik, kafemizin adını dəyişəcəyik, ayrıca fəaliyyət göstərəcəyik və biz özümüz Azərbaycanın tərəfindəyik.

Ardını Oxu

İnformasiya müharibəsində kiçik bir qələbəyə nail olduğuq

122042249_2704545523135877_1676193593662829005_n

Gəncəyə son hücum zamanı gecə mən facebookda bloka düşdüm və 24 saat heçnə yazıb paylaşa bilmirdim. Heç like qoyaraq dəstək də ola bilmirdim. Amma dünən İnformasiya müharibəsində kiçik bir qələbəyə nail olduğumuzu gördüm. Ermənilər Şuşanı Şuşi adlandırırdılar və onların toponimında bu söz ismin halına görə dəyişmirdi. Rus telekanalları da mediada o şəhəri elə ermənilərin variantı ilə səsləndirirdi.

Ardını Oxu

Informasiya müharibəsində iştirak etmək sənin borcundur.

1. Əsgər orda düşmənlə üz-üzədir, döyüşür, hər bir qarış torpaq uğrunda şəhid olur. Diplomat orda masa arxasında düşmənlə saatlarla danışıb onun fake məlumatlarını, absurd istəklərini dinləməli olur, saatlarla dialoq üzərində mübarizə aparmalı olur. Sənə isə nə lazımdır etmək? Sadəcə isti evində oturub hastaglı post, komment yazmaq. Bundan asan nəsə varmı? Niyə eləmirsən?!

Ardını Oxu

Brifinqdan çıxardığım nəticələr

121331500_2697869570470139_1561446249136135648_o

1. 72 saat söhbəti, daha öncə də deyim kimi, boş söhbətdir, bu rəqəm brifinqdə də səslənmədi, heç bir qanunda da belə bir rəqəm yoxdur. Hələ də əksini iddia edən varsa şərhə bu rəqəmin əks olunduğu konkret qaydaların linklərini yerləşdirsin.

Ardını Oxu

Xocalı soyqırımını ermənilər həmişə xarici mətbuatda bizim üzərimizə yıxmaq, guya biz özümüz öz həmvətənlilərimizi öldürüb o hala salmışıq yalanını yaymaq istəyiblər

121012842_2694637484126681_7098695448427536766_n

Xocalı soyqırımını ermənilər həmişə xarici mətbuatda bizim üzərimizə yıxmaq, guya biz özümüz öz həmvətənlilərimizi öldürüb o hala salmışıq yalanını yaymaq istəyiblər. Bunun üçün onlar hətta Çingiz Mustafayevin Xocalı Komissiyası qarşısında danışmasının əks olunduğu videonun bir hissəsini kəsib istifadə edirlər və fake məlumatlarını yayırlar.

Ardını Oxu

Hesab edirəm ki, minaların dərhal müəyyən edilməsi üçün texnologiya peşəkarlarımız birləşərək ordumuza dəstək ola bilərlər

Düşmən zəbt etdiyi ərazilərdə minalar yerləşdirib. Ordumuz irəli gedərkən bu minaların müəyyən olunması vaxt itkisi verir. Hesab edirəm ki, bu minaların dərhal müəyyən edilməsi üçün texnologiya peşəkarlarımız birləşərək ordumuza dəstək ola bilərlər. Bunun üçün 2 gündür ki, bir ideya üzərində düşünürəm. Biz birləşərək dronları təkmilləşdirib onları minaların müəyyən olunması üçün istifadə edə bilərik.

Ardını Oxu

Prezidentimiz düşmənə "sənin şansın var idi, ağıllanmadın, qudurdun, azğınlaşdın, indi al payını. İti qovan kimi qovuruq səni" mesajını verdi

120902856_2693116470945449_3437533448497862021_o

Prezidentimizin müraciəti barədə fikirlərimi ifadə etmək istəyirəm. Çox güclü, çox qətiyyətli və kəskin bir nitq idi.
Müraciətdə BMT-nin qətnamələrinin yalnız kağız üzərində qalması deyildi, Minsk qrupunun təkliflərinin elə təklif olaraq qaldığı deyildi. Ali Baş Komandan qeyd etdi ki O "indi əl-ayağa düşmüşlərə" bu neçə illər ərzində dəfələrlə ermənistana təziq etməyi, sanksiyalar tətbiq etməyi təklif edib, lakin onlar "bu bizi maraqlandırmır" deyirdilər. "Əgər maraqlandırmırdısa indi nə hoqqalardan çıxırsınız?!"...

Ardını Oxu

Ermənilər öz əsgərlərinin dul qalmış qadınlarını söyürlər

f1125f1b12a08b8f7acfffed31a2c54b

Дождь kanalında düşmən tərəf bir müsahibə paylaşıb. Qadındır. Xankəndində yaşayırdılar. Qadının anası rus, atası isə erməni və müharibədə öldüyü əri də ermənidir. Ərini müharibənin ikinci günündə itirib amma hərbiçilər gizlədirmişlər. 2 gün zənglərə cavab ala bilməyən qadına axırı həqiqəti dedilər və bu gün ərinin ölüsünü gətirib verdilər.

Ardını Oxu

Mirşahinin sözləri barədə çox düşündüm. Sizi də biraz daha dərindən düşünməyə və tarixi xatırlamağa çağırıram

Mirşahin

Mirşahinin sözləri barədə çox düşündüm. Sizi də biraz daha dərindən düşünməyə və tarixi xatırlamağa çağırıram.

Mirşahinin sözləri belə idi: "1992-ci əsgərlərindən bilirsinizmi nə ilə fərqlənir bu əsgərlər? Onlar bir sıra hallarda, mənim yadımdadır,məğlubiyyət əsgərləri tək qalıblar. Bu əsgərlər isə hamısı qalibiyyət əsgərləridir. Fərq bundadır!"

İndi gəlin 1992-ci ilin əsgərləri barədə, ümumiyyətlə o vaxtlar nə yaşadığımız barədə düşünək.

Ardını Oxu

Ermənilər Azərbaycanın ayrı-ayrı etnik qruplarına yalvarmağa başlayıblar

albert-61397_1551462531639618_314887407_n_1517725997_151772652723432_1525759374

Əvvəlcə Gürcülərə diləndilər və cavab olaraq sərhədlərin bağlı qapıları ilə üzləşdilər, sonra Ruslara diləndilər və gülüş obyektinə çevrildilər, indi də Azərbaycanın ayrı-ayrı etnik qruplarına yalvarmağa başlayıblar. ermənilər informasiya müharibəsində belə təxribatlar üçün xüsusi postlar yazırlar, parlamentlərində çıxışlar edirlər, videolar düzəldirlər, fake səhifələr yaradırlar və kommentlərdə yalvarırlar ki, talışlar və ləzgilər müharibədə iştirak etməsinlər.

Ardını Oxu

Polad Bülbüloğlu müharibə barədə şərh verib və Телеканал Дождь bunu facebook səhifəsində paylaşıb. Mən isə...

120541631_2689563341300762_1754417810848018158_n

Polad Bülbüloğlu müharibə barədə şərh verib və Телеканал Дождь bunu facebook səhifəsində paylaşıb. Gördüm ki, kommentdə ermənilər səfirimizin atasının adını məsxərəyə qoymaq istəyirlər.(İncəsənət, mədəniyyət görməyiblər axı nə bilsinlər.) Mən də buna taktik yanaşdım və komentə səfirimizin atası, operə müğənnimiz, sənətkarımız Murtuza Məşədi Rza oğlu Məmmədov barədə kiçik məlumat yazdım.

Ardını Oxu

Rossiya1 az öncə Prezidentimizdən canlı efirdə qısa müsahibə götürüb.

120550420_2688816404708789_88213888653435418_n

Rossiya1 az öncə Prezidentimizdən canlı efirdə qısa müsahibə götürüb. Prezidentimiz həmişəki kimi məsələni xırdalayıb geniş, dəqiq və tam məlumat verdi. Türkiyə barədə sual olundu. Prezident ətraflı formada dedi ki, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və Türkiyə gərginlik yaranan ilk dəqiqələrdən açıq şəkildə bizim tərəfimizdə olduğunu bəyan etdi və Türkiyə bizə hazırda yalnız mənəvi dəstək verir. Prezident dedi ki, qarşı tərəf Türkiyəni bu mövzuda şişirərək ilk öncə Azərbaycan ordusunu küçümsətmək istəyir, digər məqsədi isə Türkiyəni iştirakçı kimi qələmə verib başqa-başqa ölkələrdən dəstək almaqdır.

Ardını Oxu

Ermənilərin Wikipediada tarixi saxtalaşdırması

119940904_2680786175511812_1218006765255693944_n

Dostlar, ermənilərin yeni fake üsulları ilə üzləşmişəm, istəyirəm paylaşım.

Deməli, yəqin ki bilirsiz, Technote-da gedən Tech-İnside verlişinin ssenarisini mən yazıram. Bu verliş sırf proqramçılar üçün nəzərdə tutulub və biz orada məhşur platformaların arxasında hansı texnologiyaların durduğunu danışırıq. Hər buraxılışın əvvəlində isə platformanın tarixi barədə də qısa məlumat veririk ki, verliş biraz daha geniş kütləni özünə cəlb etsin. Növbəti buraxılış isə İnstagram barədə olmalıdır.
Xülasə. İndi araşdırma aparıram, mənbələrim qlobal xəbər saytlarından, Vikipediadan, Quoradan tutmuş adi blog saytlarına qədər gedib çıxır. İnstagramın qısa tarixçəsi budur ki, Kevin Systrom ilə Mike Krieger birləşib Burbn adlı app yaradırlar, yolun sonunda isə bu app çevrilir olur indi bildiyimiz İnstagram. Burda hər şey normaldır, bütün mənbələrdə də bu tarix barədə müxtəlif maraqlı məlumatlar var. Amma Rus vikipediyasında Kevin Systrom-un səhifəsində tarix bir cümlə ilə dəyişdirilib.

Ardını Oxu