Startapçı

İstirsən startUp yaz, istirsən startAp yaz. Eyni şeydir. Sadəcə olaraq biri Françayzidir o birisi Copycat

Həsənağa Azad.

Könüşün Tom oyunu və Owbike 1.10.0. Və ya Proqram təminatının asanlaşdırılması üzrə Real Case

Owbike-ın 1.10 versiyasının üzərində Talking Tom pişiyinin şəkli

“Nəyisə asanlaşdırmaq dünyanın ən qəliz işi ola bilər” demişdi Steve Jobs. “Biz ilk iPodu elə yaratmalıyıq ki, istifadəçi cihazın istənilən funksiyasına cəmi 3 dəfə düymələrə basmaqla çata bilsin” demişdi o həmçinin. Bizdə isə adətən “sadəlik gözəllikdir” deyirlər. Proqram təminatı sahəsində isə bu heç vaxt belə ola bilməz. Burada sadəlik adilikdir. Gözəllik isə asanlıqdadır. Sadə ilə asan arasındaki fərqi sizə belə izah edim. Qələm. Adi göy qələm. Çernili var. Çubuğabənzərdir və qapağı var. O sadə deyil əslində, o adidir. Düzdür ondan istifadə etmək çox asandır. Lakin funksiyaları məhduddur. Yalnız göy rəngdə yaza bilir. Yazıda isə bizə tez-tez yazdıqlarımızı seçici etmək üçün qırmızı rəng lazım ola bilər.(ələlxüsus söhbət təhsil müəssələrindən gedirsə). Bu qələmin tək seçimi isə göy rəngdir. Bir də o qalın və içində bir neçə fərqli rənglərdə çernili olan qələmi təsəvvür edin. O qələmlərin üst hissəsində müxtəlif düymələr olur və müvafiq düyməni basdıqdan sonra qələm həmin rəngdə yazır. Bu o qədər asan deyil, çünki bu ikinci nümunədəki qələmlər adətən qalın olur, onunla yazmaq narahatdır. Yəni bu ikinci qələm sadə deyil asan da deyil lakin daha çox funksiyası var...

Ardını Oxu

Faydalı startap inkubator modeli

Faydalı Startap inkubasiya modeli

Bu material vasitəsi ilə mən Həsənağa Azad Azərbaycan İT ekosistemi reallıqlarında faydalı startap inkubatorun nələrə malik olmalı olduğunu izah edirəm. Yazılanlar şəxsi subyektiv fikirlərim, yerli startapların istəkləri, yerli ekosistemin tələbləri, gənclərin baxışları, inkubatorların fəaliyyətindən çıxardığım nəticələr və digər ölkələrdəki ekosistemlərdə buraya uyğun gördüklərim əsasında yazılmışdır. Təklif etdiyim model “içəridən iştirakçı” baxışını əks edir. Həmçinin qeyd etmək istəyirəm ki, mən bir startapçı kimi inkubasiya dövrünü bitirmiş olduğum üçün burada yazılanları öz startapım üçün deyil, gələcək nəsillər üçün tövsiyyə edirəm. Xahiş edirəm, startap inkubator yaratmaq istədikdə bu modeli təkliflər toplusu kimi qiymətləndirəsiniz. Öncədən təşəkkürlər.

 

 

 

Ardını Oxu