Kinoşünas

Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib! Odur ki, onun barədə danışmaq lazımdır ki, həm anlayanlar çoxalsın həm də ki, dırnaqarası yanaşanlar azalsın.

Netflix-in ən soçnu serialı - The Umbrella Academy

The Umbrella Academy serialının təhlilinin posteri

Amerika rok musiqiçisi Gerard Way 2007-ci ildə solisti olduğu My Chemical Romance qrupunun qastrolları zamanı yolda comics cızmağa başlayır. The Umbrella Academy adlı komiks üzərində işə o Gabriel Bá adlı rəssamı cəlb edir, komiksin üzlüklərini isə o James Jean-dan sifariş edir. Gerard The Umbrella Academy-yə heç ciddi yanaşmır və hətta sonradan müsahibələrdə də deyir ki, o ailəyə ciddi yanaşmağa başlasaz atmosferə düşə bilməyəcəksiniz. Rok vokalist öz musiqilərindəki abuhavanı və həyat tərzindəki yanaşmanı bu cızma-qaraya ötürür, hekayə isə Dark Horse Comics şirkətinin xoşuna gəlir və 2007-ci il 19 sentyabrda The Umbrella Academy mağazalarda rəflərə çıxır. Hamısı satılır və ardıyca 17 oktyabrda bir buraxılış daha çıxır. 2008-ci ildə isə comics Eisner premiyasını alır. Bilməyənlər üçün deyim ki, Eisner bir növ komiks sahəsinin Oscar mükafatı kimidir. Sən, bir hekayə olaraq həqiqətən möhtəşəm olmalısan ki, sənə Eisner versinlər. 2019cu il 15 fevralda isə comics Steve Blackman idarəçiliyi ilə Netflix-a gəlir və mən ondan kayf alıram.

Ardını Oxu

The Office - Ən dürüst serial.

The Office serialından bir kadrın üzərində serialın logosu və by Hasanagha Azad yazısı

Bu seriala baxmağa 3 dəfə başlamışam. Əsas səbəb onda idi ki hər dəfəsində 1-ci seriyaya baxıb, sıxılıb kənara atırdım. Bu sitkom serialın tərzi çox fərqlidir və ilk başlarda onu bəyənə bilmirdim. Lakin sonda ona 3cü şansı verdim, bir neçə seriya daha izlədim və sonra sezon sezon ardıyca və nəhayət 2 həftə öncə onu bitirdim. Çox sevdim The Office-i. Hətta bəzi məqamlarda kövrəldiyim də oldu. Əvvəlcə onu elə deyəsən dürüstlüyünə görə bəyənməmişdim. Bu tərz çox fərqlidir və bu fərqi qəbul etmək asan deyil. Sonda bu tərzi sevdim və sezon sezon ardıyca serialı sonuna qədər izlədim....

Ardını Oxu

Evdə izləniləsi 10 maraqlı kino/serial

Evdə izləniləsi 10 maraqlı kino/serial blogpostu üçün poster

Bu sıxıcı Koronavirus günlərində evdə oturub darıxan insanlar üçün bu günə kimi baxdığım 1000lərlə kino 100lərlə seriallardan ən maraqlılarını seçib bir siyahı formasında paylaşmağı qərar verdim. 5 kino və 5 serial sadalayacağam. Üstəlik həmin bu filmlərin altında həmin filmə bənzər xüsusiyyətləri olan,izləyiciyə bənzər emosiyalar yaşadan başqa-başqa filmləri də qeyd edəcəyəm. Bu bənzər hesab etdiyim filmlər əksində tamam fərqli cür hadisələri əks edə bilər. Hətta tamamilə fərqli janrlarda belə ola bilər. Lakin aralarında müəyyən bir emosional bənzərlik görürəm və zənnimcə əgər sadaladığım filmi artıq izləmisinizsə demək ki ona bənzər hesab etdiyim digər film də bəyənəcəksiniz. 

Bu filmləri seçməkdən öncə dacebook profilimdə kiçik bir post yazmışdım ki, dostluq siyahımdaki insanlar öz bəyəndikləri janrları və favorit filmlərini qeyd etsinlər və beləliklə daha çox insanın zövqunə uyğun bir siyahı tərtib edə bilim. Bir də qeyd etmək istəyirəm ki, bu siyahı üçün İMDB, Rottentomatoes kimi siyahılardan istifadə etmirəm. Seçdiyim filmlər şəxsi “kolleksiyamdan” qaynaqlanır və hamısını özüm izlədiyim üçün aralarından ən maraqlılarını seçirəm. Nəisə, intronu çox uzatmadan keçirik siyahıya.

 

 

Ardını Oxu

Baxılası 5 cizgi film serialı

Cizgi filmlər barədə olan məqalənin posteri

Salam. Bu günə qədər ən çox bəyəndiyim cizgi film seriallarını sizinlə paylaşmaq istəyirəm. Söhbət burda nə Simpsonlar, nə də digər bənzər klişedən getməyəcək. Əminəm ki, bir çoxları bu serialların adını ilk dəfə eşidəcək.

Ardını Oxu