
Əvvəla onu deyim ki, biz developerlar xoşbəxtlikdən və ya bədbəxtlikdən hər hadisə və davranışda məna-mahiyyət axtardığımız üçün qarderobumuzu çox gec-gec yeniləyirik. İstəsəniz özünüz də Zuckerberg, Jobs, Gates və İT sahənin sair məhşurlarının qarderobuna diqqət yetirə bilərsiniz. Adamlar sanki illərlə eyni paltarları geyinirlər. Eyni set, eyni tərz və bərbəzəksiz, Adamın şəxsiyyətini tanımasan geyimindən onun orta-statik insandan daha kasıb olduğunu düşünərsən. Elon Musk biraz klassik dəst sevəndir amma onun da qarderobu o qədər də fərqlənmir. Məncə mahiyyət ondadır ki, biz geyimi bədənimizi örtən bir vasitə kimi istifadə edirik. Təmiz olsun, qüsürsuz olsun - kifayət edir. Digər insanlar isə geyimi zövq, mülk və hətta əhvalın göstəricisi kimi istifadə edirlər.
Uzun sözün qısası mən də bir İT sahəsi adamı olaraq qarderobumu çox gec-gec yeniləyirəm. 2-3 ayda bir dəfə mall-a gedib köhnə geyimimi yenisi ilə ( və çox vaxt bənzəri ilə) yeniləyirəm. Geyimlərimin çoxsunu isə adi qara polo-lar və cins şalvarlar təşkil edir.