Qarabağ uğrunda yığılmış puzzle

My default image 


Bu gün 10 noyabr 2020-ci il tarixində müharibə bitdi. Nəhayət ki Qarabağ Azərbaycana qayıtdı və bu 30 illik həsrət sona çatdı. Prezident İlham Əliyev müharibə başlayan gündən etibarən xarici mətbuata verdiyi müsahibələrdə tez-tez deyirdi ki, O xalqımıza Qarabağı qaytaracağını söz verib və bu sözü tutmağın vaxtı gəlib. Prezident bunlarla birgə deyirdi ki, bu neçə illik idarəçiliyinin başlıca məqsədi və siyasəti xalqının bu tələbini gerçəkləşdirməkdir.
Bu sözləri ilk dəfə eşidəndə əvvəlcə düşündüm ki, yəqin İlham Əliyev bu ifadələri ona görə səsləndirir ki, dünya mediası görsün ki, Qarabağ təkcə onun yox, bütün Azərbaycanın başlıca tələbidir və Prezident öz işini yerinə yetirir. Yəni düşünürdüm ki, bu cümlələr zəruri hesab olunmuş siyasi cümlələrdir. Lakin daha sonra bu neçə illər ərzində görülmüş işləri araşdırdıqda başa düşdüm ki, xeyr, bu sözləri demək üçün daha dərin səbəblər var və həqiqətən də Prezident İlham Əliyevin rəhbərliyi dövründə onun əsas siyasəti Qarabağ uğrunda olub və bu siyasət ilə Azərbaycan Respublikası Qarabağın qaytarılması üçün tələb olunanları sanki bir puzzle kimi yığıb.


1.Qaçqın və məcburi köçkünlər

Başlayaq ən təsirlisindən. Qaçqın və məcburi köçkünlərin sayından. Ermənistan Respublikasının hərbi təcavüzünün nəticəsində öz evindən didərgin düşmüş Azərbaycanlı qaçqın və məcburi köçkünlərin cəmi sayı 1 200 500 nəfərdir. İşğal olunmuş ərazilərdən 789 000 qaçqın və məcburi köçkünümüz var, Ermənistanın özündən isə 350 000 Azərbaycanlı öz evini tərk edib və Azərbaycana gəlib. Bu rəqəmlərin daxilində həmçinin Orta Asiyadan qaçqınları (Ahısxa türkləri) olan 60 000 nəfər və digər ölkələrdən olan qaçqın və sığınacaq axtaran şəxslər 1 500 nəfər qeydə alınıb. Yəni, hazırda Azərbaycanda vətəndaş sayının 10 milyon olmasını nəzərə alsaq bu faktiki olaraq hər 10 vətəndaşdan 1-nin qaçqın və məcburi köçkün olması deməkdir. Bu rəqəmlər dəfələrlə vurğulanılır və düşmənin aqressivliyini aşkar şəkildə göstərən ən təsirli faktorlardan biridir. Ölkə bu rəqəmlər üçün nə etmişdi? Gəlin emosiyasız və soyuq beyinlə düşünək. Düşmənimiz niyə bu qədər insanın qaçqın olması üçün onları öz ərazilərindən qovmuşdu? Məqsəd yalnız boş ərazi idimi? Yoxsa öldürmək istəmirdi? Xeyr. Düşmənin bu qədər insanı didərgin salmasının başlıca məqsədi o idi ki, bu insanlar ermənilərin təxribatları nəticəsində bu hadisələrdə Azərbaycan hakimiyyətini günahlandırsınlar. Hər 10 vətəndaşdan birinin belə bir hal ilə üzləşməsi ona gətirib çıxara bilərdi ki, əhalinin 10%i narazılıqlarını dövlətə qarşı yönəldə bilərdilər və destabilizasiya düşmənə kömək edəcəkdi. Belə bir halın heç vaxt yaranmaması üçün ölkə rəhbərliyi qaçqın və məcburi köçkünlər üçün əlindən gələni etdi. Onları evlər ilə təmin etdi, sosial dəstək verdi, təhsili və bir çox məsələləri onlara tamamilə ödənişsiz təqdim etdi. Hətta Heydər Əliyevin verdiyi qərarlar da onlara məskunlaşdıqları yerlərdə rahat yaşaya bilmək imkanını təqdim etdi. Niyə? Çünki bu insanlar bilməli idilər ki Azərbaycan Respublikası öz məcburi köçkünlərinin qeydinə qalır, onların narazıçılığı yalnız Ermənistana tərəf olmalıdır və onlar heç bir halda ölkəni tərk etməməlidirlər ki, gələcəkdə bu rəqəmləri açıq aşkar dünya ictimaiyyətinə təqdim etmək mümkün olsun.

My default image 

 


2.Büdcədə dəyişiklik

Hesab edirəm ki, hərbi xərclər cəhətdən ən vacib ilk işlərdən biri 2010cu ildə büccəyə edilmiş dəyişiklik oldu. Belə ki, həmin ildə 15 milyard dollarlıq büdcəmizin 2.1 milyardı hərbi xərclərə ayırıldı. Bu isə həmin il Ermənistan ölkəsinin ümumi büdcəsinə bərabər idi. Təsəvvür edin, bir ölkənin hərbi xərclər üçün ayırdığı pul onun düşməni olan ölkənin ümumi büdcəsinə bərabər oldu.

My default image 

 

3.Xaricilərə tanıdılma

İlham Əliyev 2011-ci ili "Turizm ili" adlandırdı və həmin il Azərbaycan Avroviziya müsabiqəsində qalib oldu. 2012ci ildə Bakı Kristal zalı tikildi. Şəhər abadlaşdırıldı. Xaricilərə özümüzü həm müasir həm də ki, dərin tarixə sahib bir ölkə kimi göstərdik. Bütün dünya bizi tanımağa başladı. Milyonlarla turist axını başladı. Həmin vaxtdan bizi tanımağa başlayan insanlar indi bizə informasiya müharibəsində dəstək olurlar. Həmçinin digər ölkələr elə o vaxtdan bəri Azərbaycanı daha faydalı bir strateji partnyor olaraq görməyə başladılar və indi danışıqlar masalarıda da bizim tərəfimizi tuturlar.
2016-cı ildən etibarən isə ölkəmizdə “Formula-1” yarışları keçirilməyə başladı. Sırf bu yarışı izləmək üçün Azərbaycana çoxlu sayda turist və xarici könüllülər gəlməyə başladı. Məsələn, 2018-ci ildə “Formula-1”in “Twitter” hesabında 2018-ci ilin aprelində baş tutmuş yarışı izləmək üçün Bakıya gələn turistlərin sayının bir il əvvəlki ilə müqayisədə 31 faiz artdığı açıqlandı. Belə ki, 2017-ci ildə bu yarışı izləmək üçün 71 451 tamaşaçı gəlmişdirsə, 2018-ci ildə bu rəqəm 94 minə çatdı.
4cü Islamic Solidarity Games beynəlxalq idman tədbiri 12-22 may tarixiləri arasında 2017ci ildə Bakıda keçirilməyə başlamışdı. Bu tədbirin 2 əlavə əhəmiyyəti daha var idi. Bunlardan biri o idi ki İslam oyunları ilə maraqlananlar Azərbaycana gəldikdə gördülər ki Azərbaycan bir çox digər İslam ölkələri kimi qapalı deyil. Onlar gördülər ki Azərbaycan o qədər sivil bir ölkədir ki burada müsəlman da xristian da yəhudi də və dini inancsız insanlar da rahat və mehriban yaşayırlar.

My default image 


4. Peyk

Bir var ki, hərhansı hərbi hücum baş verdikdə peykə sahib olan ölkələrdən hücumların qeydi barədə məlumatları xahiş edəsən, bir də var ki öz peykin olsun və heç kəsə müraciət etmədən asanlıqla isbatları təqdim etmək imkanın olsun. Azerspace-1 peyki orbitə 2013-ci il 8 fevral tarixində buraxıldı. Azərbaycan növbəti dəfə orbitə 2014-cü il iyunun 30-da Azersky adlı müşahidə peykini buraxıb. Daha sonra isə üçündü peykimiz peykimiz Azerspace-2 peyki də 25 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılmışdır. Bunun sayəsində biz nəinki düşmənin hücumlarını qeydə ala bilirdik, biz ümumiyyətlə düşmənin hardan hara necə tərpəndiyini də görə bilirik. 

My default image 

 

5 Multietniklik

3cü tərəflər üçün Azərbaycanın Ermənistandan ən vacib fərqi nədir? İqdisadiyat? Hərbi üstünlüyü? Haqqlı olması? Xeyr. Bunlar təbii ki, hamısı vacib məqamdır amma üçüncü tərəflərdə bunlar barədə müxtəlif fikirlər olur. Kimlərsə tarixi yaxşı bilmirlər, kiminsə yetərli məlumatı olmur. Amma bir böyük fərq var ki, onu heç vaxt heç kəs heç bir halda dana bilməz. Azərbaycan multietnik ölkədir, Ermənistan isə monoetnik. Heç bir sivil insan nasizmi xoş qarşılaya bilməz. İnsanlar həmişə dostluq tərəfdarı olurlar. Azərbaycan barədə nəsə öyrənmək istəyən üçüncü tərəflərin vətəndaşları isə araşdırma edəndə görürlər ki, Azərbaycanda 18 əsas fərqli etnik qrup yaşayır və bunlardan başqa açıq statistikalatda "digər" sütunu altında qeyd olunan digər etnik qruplardan da insanlar var. Xarici ölkələrdən kimsə Azərbaycan barədə araşdırma edəndə görür ki, məsələn, Azərbaycanda talış, ləzgi, rus, yahudi və türk etnik qrupları o qədər mehriban yaşayırlar ki ayrı-ayrı etnik qruplarına aid olmaları barədə heç düşünmürlər də. Üstəlik Azərbaycan öz qonaqlarına və burada daimi yaşayış əldə etmək istəyən xaricilərə də xoş yanaşır. Ermənistanda isə ermənilərdən başqa heç kəs yaşamır. Bu iki ölkəni yanaşı qoyan xarici görür ki, Azərbaycan daha dostcanlıdır və təbii ki, ondan tərəfini seçmək barədə soruşsalar o Azərbaycanı seçəcək. Bəs bunun üçün ölkə rəhbərliyi nə edib? İlham Əliyev 2016-cı ili Multikulturalizm ili elan etmişdi və dövlət həmişə ciddi nəzarət edib ki, heç vaxt heç bir etnik qrupa qarşı ayrı-seçkilik olmasın və hər kəs eyni bərabər şərtlərdə mehribancasına birgə yaşasın. Bu düzgün strategiya sayəsində erməni təxribatçılarının müharibə dövründə etnik qrupları bir-birinə qarşı salmaq, aralarında çaxnaşma yaratmaq cəhtləri tamamilə nəticəsiz qaldı və bütün bu təxribatlara baxmayaraq hər kəs öz vətəni - Azərbaycan üçün əlindən gələni etməyə hazır oldu. Burada həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanda hazırda rəsmi statiskalara görə 30000 erməni də yaşayır. Ermənistandan fərqli olaraq Azərbaycan höküməti heç vaxt onlara qarşı aqressiv davranmayıb, onları qovmayıb, onlara digər vətəndaşlarına davrandığı kimi bərabər yanaşıb.

My default image 


 

6. BMT-də qətnamələrin saxlanılması və digər ölkələrdən dəstək.

Azərbaycan özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkiların müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat olan Qoşulmama hərəkatına qoşuldu və 2019-cu ildə bu hərəkatın sədr ölkəsi oldu. Bu bizə nə verdi? 120 ölkə ilə dostluq münasibəti və nəticədə bu dostlar bizi Qarabağ mövzusunda da dəstəklədilər. Belə ki, Ermənistan yeni qətnamələr ilə BMTnin Qarabağ barədə olan qətnamələrinin üstünə kölgə salmaq, məsələyə yeni baxış yaratmağı təklif edirdi. Bu 120 ölkə isə buna qarşı oldu və beləliklə 30 illik qətnamələr qüvvədə qaldı və Azərbaycan bu qətnamələr əsasında haqqını tələb etməyə davam etdi. Həmçinin Azərbaycan bu neçə illər ərzində Türkiyə, Rusiya, Ukrayna, İsrail, Pakistan, ABŞ və digər ölkələr ilə daima dosluq münasibətləri yaratmaq və mümkünü qədər çox ölkəni özü ilə strateji partyor etmək üçün çox düzgün və balanslaşdırılmış xarici siyasət apardı.

My default image 

 


7. Xarici işlər naziri

Elmar Məmmədyarov 2020-ci ildə vəzifədən uzağlaşdırıldı. Formal səbəbini də bilirsiz. Amma düşünürəm ki əsas səbəb elə bu idi ki E.Məmmədyarov-a qarşı xalqın güvəni, səbri tükənmişdi və ondan ümidimiz yox idi. Sabiq nazirin ATƏT-in minsk qrupu ilə görüşlərində tərəfimizi yetərincə yaxşı tutmasına inanmırdı artıq xalq. Onun yerinə Ceyhun Bayramov gəldi və bir xarici işlər naziri olaraq Azərbaycan üçün əlindən gələni etdi və qalibiyyətimizdə onun da siyasi iradəsininin rolu çox böyükdür.

 My default image 

 

8. Silah

Azərbaycanın nə vaxtdan Bayraktar və Harop hərbi texnikalarını almasına başlaması barədə məlumat tapa bilmədim. Pilotsuz uçuş avadanlıqları bizə böyük üstünlük verdi. Hərbi sirr xarakteri daşıdığı üçün bel əməlumatları və xronoliyaları tapa biləcəyimi düşünmürəm. Bircə onu deyə bilərəm ki, Azərbaycan aldığı hər silaha görə son qəpiyinə qədər pulunu öz hərbi büccəsindən ödəyib. Güclü iqdisadiyyatımız və Böyük hərbi büccəmiz imkan yaratdı ki Azərbaycan ordusu ən keyfiyyətli döyüş avadanlığı ilə təmin olunsun.

My default image 

 


9. Xalq Qarabağı tələb etdi

14-15 İyul 2020-ci il. Azərbaycan ayağa qalxdı və Qarabağı tələb etdi. Xalq tələb etdi ki, Ali baş komandan ona silah versin və onu müharibəyə göndərsin. Bu böyük mitinq Pandemiya vaxtı baş verdi. Küçədə karantin var idi və qadağalar tətbiq olunmuşdu. Lakin dövlət bu mitinqin qarşısını almadı. Niyə? Çünki müharibə başlayandan sonra Erməni lobbisi deyəcəkdi ki, guya İlham Əliyev müharibəni öz siyasi məqsədləri üçün başladıb. Lakin 15 İyul tarixində baş vermiş mitinq açıq şəkildə dünya mediasına isbat etdi ki, Azərbaycan xalqı nəyin bahasına olursa olsun Qarabağın qaytarılmasını tələb edib. Xalq tələb etdi, dövlət düzgün vaxt gözlədi, düşmən 27 sentyabr tarixində yenə hücum etdi amma biz bu dəfə onu yerinə otuzdurmaqla kifayətlənmədik. Biz sona qədər getdik və 10 noyabr tarixində nəhayət ki, Qarabağ Azərbaycana hərbi və siyasi yol ilə geri qaytarıldı.

My default image 

 

Bu məqaləni yazmaq mənim üçün çox fəxrli idi. Çox böyük qürur hissi yaşadım bunları yazarkən. Çünki mən Azərbaycanın tarixinə və bizim tarixi şəxsiyyətlərimizə həmişə nəzər yetirəndə heyifslənirdim ki xalqımız özü ilə yetərincə fəxr etmir. Düşmən təkcə bizim torpağımızı zəbt etməmişdi, o biz mənəvi olaraq sındırmışdı, bizim beynimizə bizim zəif olduğumuzu yeritmişdi. Amma biz bu günləri də geridə qoyduq.Belə bir ifadə var ki, heç vaxt müharibəyə keçən xalq ilə müharibədən çıxan xalq eyni qalmır. Müharibə xalqı dəyişir. Bu müharibə isə xalqımızın ən gözəl tərəflərini üzə çıxartdı. Özümüzü xatrıladıq, bir olduq, yumruq kimi bir olduq və bu yumruğu terrorçu düşmənimizin başından vurduq. Şuşanı geri aldıqda isə onun belini qırdıq və elə Prezidentin dediyi kimi, onları iti qovan kimi qovduq və öz torpaqlarımızı, öz Qarabağımızı geri qaytardıq!

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Bu müharibədə qalib gəlməyimiz üçün əlindən gələni edən hər bir Azərbaycanlıya və Azərbaycana dəstək olan hər bir xariciyə minnətdaram. Və çox böyük bir qürur hissi ilə deyirəm ki, Qarabağ Azərbaycandır! Azərbaycan isə böyükdür, güclüdür və ən gözəl ölkədir!

 My default image 

 

Oxunulub: 1487