Proqramçı

Burada öz proqramçılıq fəaliyyətim zamanı raslaşdığı maraqlı hadisələr barədə yazacağam. Bu kodu yazanda anidən qarşıma çıxan DİV boyda bug ola bilər. Və ya saatlarca dalıyca "qaçdığım" bir fiça. Bu hətda yeni bir tapıntı da ola bilər. İstənilən halda, bu bölmə  - kod yaza bilənlər üçündür.

Süni səka barədə məqalənin posteri.SÜNİ ZƏKA yazısı, Ex machine filmindən robot

Süni Zəka. Bu bir xəyaldır. Həqiqətən də belə başlamaq istədim məqaləmi. Bu, bütün insan tarixinin ən müqəddəs, ən ülvi arzusu olub. Çünki biz həmişə ən ədaləti olanı, ən ağıllı olanı, ən güclü və eyni zamanda ən dürüst olanı istəmişik. Bizlər daima üstün bir varlığa inanmaq istəmişik. Hansı ki, həmişə bizim xeyrimizə olan qərarlar verərək, bizim həyatımızı dəyişəcək addımlar edərək, ən uğursuzu uğurlu, ən axmağı ağıllı edəcək və ən zəifdə güc tapa biləcəkdir.

Ardını oxu