Baltanın sapı boşdur. Bərkitmirsiniz. Axırı yaxındır
21.10.2018
Çox düşündüm, çox haqq-hesab elədim və nəticədə qərar verdim ki, yox YAZACAM!
Balta barədə yazıram. Və bu post təmiz “sveji” tənqiddir. Baltanın sezon finalından sonra çıxan rəylərə, və rəyələrə qarşı olan cavablara bir xeyli baxdım. Və sonunda qərar verdim ki, bir çox məqamlara toxunmalıyam.
İlkin olaraq söz-söhbətlər barədə fikrimi deyirəm.
Hörmətli Nicat bəy. Balta barədə yazılanlar tənqid deyil idi, rəy idi, düzdür. Amma tənqid ilə yol xəritəsi də eyni iş deyil. Tənqid olur konstruktiv və diskonstruktiv. Hansı variantın seçilməsi isə sırf tənqidçinin özünün verəcəyi qərardır. Yəni, Balta barədə kimsə yol göstərmədən nöqsanlarınızı desə idi bu da tənqid sayılacaq idi. Və bir də üçüncüsü var. O da təhlil. Xırdalığa gedib spoylersiz nəyin nə olduğunu deməkdir təhlil. Çətin işdir onu da heç kəsdən tələb etməyin. Mən isə birazdan konstruktuv tənqidə keçəcəm.
Xiyar barədə.
Qısa və konkret: "Normaldır". Açıqlaması: absurd janrı. Bu serial ən başından rəsmi formada hər yanda absurd komediya janrında olduğunu qeyd edib. Odur ki, bu serialdan izləyicilərinə qarşı böyük hörmət, sevgi, qayğı, möhtəbərlik gözləməyin. Bu janrın xarakteri odur ki, istənilən an istənilən mövzuda mırtdaşa bilər. Bu nə pisdir nə də yaxşı, bu sadəcə janrın özünə verdiyi "icazədir". (Hətda bu yazdığımla da əlaqəli mırtdaşsa -normaldır). Sadəcə burda Baltanın qüsuru ordadır ki, əvvəli yavaş yavaş gedirdi və sonra absurdun dozasını böyük böyük porsiyalar ilə artırdı. Keçidi çox sürətləndirdi. Daha yavaş etsə idi bu qədər sərt qarşılanmazdı məncə. Eyni məsələ "boğaz" tipli zarafatlara da aiddir. Düz eləyib amma tez eləyib.
Söz-söhbəti kənara qoyub, keçək real tənqidə. Çünki komanda heyəti az sonra deyəcəyim məqamlara nəzarət etməsə mütləq ki serial getdikcə öz kütləsini itirəcək. Və hazırda proqnozum odur ki serialın maksimumu 2 sezondur. 2-ci sezon da daha cox serialın finalından sonra baxılacaq.(Ölünü yad etmək kimi). Heyət bir çox məsələlərdə boşluqlar buraxır. Hesab edirəm ki ,səbəb bu sahəyə uyğun təhsillərinin olmamaısndadır. Amma təhsili olanlar ilə Balta komandasını müqaisə etsək, "Bunlar şükürlükdürlər" demədən də olmur.
Odur ki başladıq.
1) Növünü müəyyənləşdirin.
Seriyallar süjetə görə iki növə bölünürlər. Vertikal(epizodik) və horizontal(ardıcıl). Birinci üçün ən aydın nümunə: "The simpsons". Seriaların hər biri ayrı mövzuda, bağlılıq yoxdur. Seriyaların ümumi cəhəti yalnız personajlardadır. Süjetin müddəti seriya bitənə qədərdir. Bəzən seriyalar arasında bağlılıq ola bilər. Amma bu ümumi təsürat ilə görsənir sadəcə.
Horizontal seriallarda isə hər növbəti seriya öncəki seriadaki hadisənin ardını göstərir. Nümunə: Breaking Bad. Burda vacib deyil ki süjet daima bir tərəfdə getsin. Şahələnmə və ya mövzulaşdırma ola bilər, lakin əsas süjet xətti mütləqdir. Hər bir seriyanın konkret bir mövzuya toxunduğunu görmədiyimiz üçün, Baltanı məhz bu - horizontal yol ilə getmək istədiyini əminliklə deyə bilərəm.O zaman 5-ci seriyaya qədər biz artıq əsas süjet xətti barədə nəsə görməliydik. Məsələn, psixolog ilə görüşün axırı nə oldu? Niyə söhbət elə orda qırıldı? Və ya ölüm bir dəfə beynlə oynayandan sonra axırı necə oldu? Hanı mübarizə? Hanı məqsədlər? Yön hanı? Komandaya məsləhətim. Cəld oturub əsas süjet xətti fikirləşsinlər. Bu əslində o qədər də çətin olmayacaq onlar üçün:Əvvəkini yaz, sonunu yaz və sonra bunları birləşdirən hadisələr. Oldu süjetin skeleti, şahələnmələr də yaratsaq olur maraqlı. Və sonda ssenari yazılması.
Süjetin yazılmasını belə etməyinizi məsləhət görürəm:
İlk öncə sezonun başlanğıcını və nə ilə bitəcəyini düşünün. Məsələn: Qəhrəman sezon başlayanda aşiq olacaq sonda isə evlənəcəklər. Və ya, Qəhrəman iş tapır, sonda isə həmin şirkətdə müdir olur və s. Yəni əsas oluna iki nöqtəni müəyyəm etməkdir
İkinci addım bu iki nöqtəni birləşdirməkdir. Məsələn: görüşürlər, öpüşürlər, nişan, toy. Və ya: Qəhrəman addım addım karyerası üzrə üzü yuxarı gedir.
Üçüncü addımda şahələnmələr yaradılmalıdır. Bax burda artıq sezonu yox hər bir seriyanı ayrı ayrılıqda düşünmək olar.Məsələn: Birini seriyada Personajlar toqquşurlar, görüşürlər, qızın sən demə başqa bir sevgilisi varmış, amma yola getmirlər və s. Və ya personaj işə yeni düzəlib amma heçnədən başı çıxmır, burda buna kömək edən və maneə olan yeni personajlar ilə tanış oluruq və s. Və süjetin artıq ssenariyə çevrilməsi məhz burada başlamalıdır. Dialoqlar, zarafatlar, şahələnmələr və s. Yalnız bu mərhələ zamanı sonra yazılmalıdır.
Dördüncü addımda artıq serial gedir Reklam məsələsinə. Yəni Dostlar seriyanın süjeti və ssenarisi tam oturmadan Nicatı seriyadan uzaq tutun.
Yoxsa elə görsənir sanki reklam serial üçün yox serial reklam üçün çəkilir. Düzgün anlayın, mən reklama qarşı deyiləm. Reklam mütləq olmalıdır. Amma süjeti reklam xatirinə ora-bura aparsan sən izləyiciyə film yox, bir-biri ilə əlaqələndirilmiş reklamlar izlətmiş olarsan. Və nəticə belə olar:
2) Rəvan, Antaqonist hanı?
Burda biz qarşıdurma görəcəyikmi ümumiyyətlə? “Ərəblər” - oyuncaqdırlar. Bizə əsl, ən azı İsmayıl qədər ağıllı bir düşmən tərəf lazımdır. Hanı o? Qarşıdurma yoxdursa bu artıq birtərəfli oyundur, və bu oyunu izləmək heç oyunçuya da maraqlı deyil. İstəyirsən qızın sevgilisi çıxsın, istəyirsən personajın ögəy atası, lap qonşusu, lap Babasının ikinci arvadı - amma antaqonist mütləq olmalıdır. Bu personajı yaradın artıq.
3) Uydurma məhsul.
Bütün bənzər seriallarda uydurma product placement olur. Məsələn Simpsonlarda Duff. Rick and mortydə heçnəyə xeyru olmayan blüf, “Leyla ile Mecnun”-da "Erdal Bakkal", "Erdali", "Erdal çay" və s. Bu məhsul sizə də lazımdır. Mütləq. Belə fake product placementlərun məqsədi ondadır ki, izləyici onun fake olduğunu bilir, ona görə də reklama qarşı immunitet yaranır. Qıcıqlanmır. Sonra serial bu fake məhsulun yanında real məhsul reklam edəndə də bu izləyicidə daha az qıcıq yaratmış olur. Həmçinin fake məhsul hekayəni daha inandırıcı edir. Detallar istənilən yalanı doğruya çevirə bilərlər.
4) Dram.
Seriala cəlb etmək üçün komediya, izləyicini yapışdırmaq üçün isə dramdan istifadə edirlər. Bu serialda dram ümumiyyətlə yoxdur. Qızı güllələdilər. Hə nolsun? Babanı qovdular evdən. Hə nolsun? Nənə öldü. Nolsun? Bütün hadisələrə “nə olsun” deyə bilərik. Çünki süjeti yazan da bunları zatən gülüş məqsədi ilə yazıb. "Ağlamalı situasiya yazım və gülək". Okay məqsəd doğrudur amma ardıcıllıq səhvdir. Normal absurd komediyaya ortaya əsl həqiqi toxunan bir hadisə qoyulur və yalnız bundan sonra "Burda necə güldürə bilərik? " sualı qoyulur.
Bütün bu məqamlara nəzarət edəcəyinizi düşünürəm. Çünki serialın maraqlı şəkildə inkişaf etməsini istəyirəm. İşə həqiqətən də ciddi yanaşırsınız. Production, Postproduction, tərcümələr filan. Hamısını görürük. Ssenarinin yazılmasında da ciddi işlədiyinizdən xəbərdaram. Yuxarıda toxunduğum məsələ ssenari yox sırf ssenariyə qədər süjetin yazılması barədədir.Hətda elə təsurat yaranırki, süjet yazan yoxdur, bir başa keçirsiniz ssenariyə. Ümid edirəm tezliklə bu boşluqları aradan qaldıracaqsınız.you Çünki mən bu serialın proqnozlaşdırdığım kimi tez bitməsini istəmərəm. Uğurlar :)