Baxılası 5 cizgi film serialı

Cizgi filmlər barədə olan məqalənin posteri 

Salam. Bu günə qədər ən çox bəyəndiyim cizgi film seriallarını sizinlə paylaşmaq istəyirəm. Söhbət burda nə Simpsonlar, nə də digər bənzər klişedən getməyəcək. Əminəm ki, bir çoxları bu serialların adını ilk dəfə eşidəcək. Çünki bu seriallar barədə bizdə çox danışılmır, sosial şəbəkələrdə memları paylaşılmır, onların böyük yerli fanat kütlələri yoxdur, lakin istənilən halda onlar ilə maraqlanmalısınız. Mən hesab edirəm ki "Şindlerin siyahısı", Matrix kimi filmlər, 1984 kimi kitablar ilə yanaşı belə cizgi filmlər də var, hansıları ki, ölmədən öncə mütləq izləməlisiniz.

Hər bir serialı elə ona uyğun tərzdə təqdim edirəm. Bu qısa təhlilləri cizgi filminin yumoruna, stilinə, süjeti çatdırma xüsusiyyətlərinə bənzər formada yazmışam. Məncə belə bir təqdimat banal təhlildən daha maraqlı olacaq. Qısacası, tərzi bəyənirsizsə serialı da bəyənəcəksiz. Getdik :)

 

 

 

Steven universe

My default image 

Stivenin Kainatı. Burda Stiven var. Kainat var. Sonra Stivenin dostları var. Onlar yadplanetlidər. Hə, başqa başqa planerlərdən gəlmiş şeylər. Onların kristaldırlar. Ametist, Almaz, sonra Rubin. Və onlar növlərə bölünürlər. Məsələn Ametistlər güclü olurlar, dava eliyirlər tez-tez . Mirvarilər isə səliqəli və dəqiq olurlar. Bu seriala balacalar da baxa bilər, böyük əmilər-xalalar da. Çünki çox maraqlıdır. Orda Stiven nə üçün yarandığını bilmək istəyir. Buna baxmaq çox maraqlıdır. Çünki Stiven unikaldır. Onun papası adi adamdı, maması isə kristal. Hə fso. Gedin baxın.

 

 

 

Star vs Evil forces.

My default image 

AAAAAA bu seriaaaal. Çoooox qəşəngdiir. Burda balaca şahzadə vaaar. O Myuni krallığının şahzadəsidir. Myuni krallığı isə tamam başqa bir ölçüdə(dünyada) yerləşir. Kraliça qızını ağıllandırmaq üçün yer kürəsinə göndərir. Orada o, adi insanlar kimi məktəbə gedir, sadə yer insanının yeniyetmə problemlərini yaşayır və öz sehrli çubuğu ilə hərdən biubiu dışş eləyir. Krallığın öz problemləri var. Monstrlar, bədheybətlər, divlər, pərilər və krallığı ələ keçirmək istəyən qüvvələr. Star isə onlar ilə dalaşır. Çünki Star yaxşılardandır onlar isə pislərdən. Və bu sehrli dünyanın şahələnmələrlə zəngin olan süjetinin əsas xəttində o qədər incəliklə işlənilmiş detallar var ki, orta yaşlı təqaüdçüyə belə bu serial maraqlı gələcəkdir.

 

 

 

Rik və Morti.

My default image 

Qallaktikanın varyoxsunu ağladan bir serial. Böyük hissəsi məişət zirzibilləri, dost-tanış, iş və seks tərəfindən zəbt olunmuş kiçik beynininzə yeni nəfəs qata biləcək, vurub-partdadan bir animeyşın. Söhbət qızbibi nəvə ilə kayfulla babanın astronomik macəralarından gedir. Bu dahi babanın işi-gücü kefinə qulluq edən ixtiralar yaradıb bir planetdən o birisinə hoppanmaq, hərdən dağıtmaq və hərdən yaratmaqdır. Sıxılmamaq üçün də balaca nəvəsini özü ilə götürür ki bəlkə uşaq yolda kişiləşər. Bu macəralar da elə əndrabadidirki camaaatın anabacısı o qədər baxıb və o qədər nepristoyni şeylər görüb ki, dözməyib, çay qaşığıyınan göz bəbəklərini çıxarıb yeyib ki, birdə belə hərəkətlər görməsin. Neçə sezon çəkildiyini yazmıram, heç vecimə də deyil. İstəsəz baxarsız istəməsəz boşboş gülməşəkər seriallarınızla o xudmani həyatınızın boş günlərini cırıb zibil qutusuna atmağa davam edərsiz. Bu serial zatən absurd insanların beyninə işləyən bir kiloluq dofamin kimidir.(Yeri gəlmişkən dofamin xoşbəxtlik harmonudur. Beyninə fışqıranda may gülü olursan.)Üstəlik bu sadəcə əkşınməkşın deyil. Eləbil götürmüsən bir qazan kayf, içinə tökmüsən elmdən, fantastikadan, əkşından üstünə də bir az dram səpmisənki evdə qalmış qızlar hərdən baxıb-ağlasın. Baxanda nauşnik taxın, popkorn yeyin, kolanı soyuq için, özünüz də ağıllı olun.

 

 

 

Death Note

My default image 

Bəzi insanlar ölməlidir. İstəyir sadəcə yolu keçərkən maşın vursun, istər üzərinə yeni tikilən binadan kərpiclər tökülsün istərsə də ümumiyyətlə, evdə tək olanda tənhalığın qaranlığı ilə boğularaq bir bıçaq götürüb boğazını cızsın və öz qanının azaldıqca soyuduğunu hiss edərək gözlərini qapatsın. O insanlar ölməlidir. Və əgər tanrı bu işi özü görmək istəmirsə, əlinə belə bir imkan düşmüş gənc özü bu tanrının yerinə keçib, yer üzünü ziyanverici insanlardan xilas edəcək. Bunun üçün isə ona sadəcə ölüm dəftəri və üzərinə yazmaq üçün ölümü sürətlənəcək olan insanların adları lazımdır.

 

 

 

Gravity Falls

My default image 

Bir sözlə, bu qədər geniş auditoriyanı ümumdünya oyuna cəlb etmiş seriala mütləq baxmalısınız. Yeraltı məbədlərdən tutmuş dağlara qədər hər yanda oyunun açar işarələrini axtarırlar.  Bu macəra dolu kvest üçün Rusiyadan Yaponiyaya qədər bütün dünyada gənclər sirlərin axtarışında səfərbər olurlar.  Bütün bunların sonunda isə Alex Hirsch serialın tapmacalarını sözün hərfi mənasında real həyata köçürür. Macəra dolu bu süjet xəttində hərdən o qədər maraqlı və hətta qorxulu personajlarla rastlaşırıq ki, serialın uşaqlar üçün çəkildiyinə şübhə eləməyə başlayırıq. Giper bir kitab tapdıqdan sonra isə ümumiyyətlə süjetin əsas xəttinə qoşuluruq. Sonra isə başa düşürük ki, mövzu dərindir və bu kənddə həqiqətən də qeyri-adi hadisələr baş verir.  Əvvəlcə süjet sadəcə olaraq bu mağazanın ətrafında dövr edir və bu seriyalar əslində sizi biraz sıxa bilər. Mağaza adi deyil, turistlərə kəndin mistik əşyalarını satır. Dayısı da bu uşaqları öz mağazasında intern kimi işlədir.  İki əkiz yeniyetmə kəndə - öz dayıyısının yanına gedir. Gəlin, lap əvvəldən başlayım.  Zarafat deyil, serial bütün dünyanı gəzib. Bu serial haqqında yazmaya bilməzdim.

 


 

Ümid edirəm xoşunuza gəldi. Baxsanız, bəyənsəniz, mütləq dost-tanışa da məsləhət edin. Və mənim blogumu da paylaşmağı unutmayın :)

Xoş izləmələr

 

Həsənağa Azad