Dostlar, yazılarımı, postlarımı, məqalələrimi paylaşanda niyə adımı gizlədirsiniz?
30.09.2020
Dostlar, yazılarımı, postlarımı, məqalələrimi paylaşanda niyə adımı gizlədirsiniz? Əgər yazılanı savadlı görürsünüzsə niyə yazanın adını o yazının altından silirsiniz? Niyə istəmirsən ki, başqaları da bu müəllifin digər məqalələri ilə tanış olsun? Bu © işarəsi nədir yəni onunla kifayətlənirlər? Gəlin onda ümumiyyətlə işarənin adını "Həsənağa Azad" qoyaq və məsələ tamamlansın. İşarə bir kənara, postumu kopyalayıb öz adından təqdim edənlər də var. Yəni bunun səbəbi nədir? Təbii ki, mən yazarkən paylaşılması üçün yazıram, yayılması üçün yazıram. Məsələn ölkədə İT mövzular barədə yazan 3-5 insan varsa onlardan biri də mənəm və bəlkə də ən səs-küylü qələm elə məndədir. Bu gün isə mövzu müharibədir və mən çalışıram bu mövzu barədə mümkünü qədər çox faydalı məlumat paylaşım. Neçə ildir məqalələr, geniş postlar yazıram və dəfələrlə görmüşəm ki, yazdıqlarım gedib səhifələrdə qruplarda paylaşılır, qısa zamanda gündəmə düşür amma Həsənağanı yada salan da olmur. Mənim fəaliyyətim yazıçılıqdırsa başlıca qazancım da elə bu yazılar sayəsində şəxsiyyətimin tanınmasıdır ki, daha sonra yazacaqlarım daha çox insana gedib çata bilsin. Sonuncu səsküy salmış VPN məsələsini də gündəmə saldım, mövzuya diqqət cəlb elədim, məsələ TV-yə qədər çatdı, səhifələr indi də durmadan paylaşırlar. Çox sağolsunlar, əhaliyə məlumat ötürməkdə köməkçi olurlar mənə, amma biri də durub "Çox sağ ol Həsənağa" demədi.
Daha geniş kütləni cəlb etmək üçün mütləq soyunmaq, fake xəbər yaymaq, kimisə təhqir etmək və ya hər-hansı məsxərə xarakterli hadisədə adının hallanması lazımdır? Niyə bizdə yüksək tribunalara gedən yol aşağılanmaqdan keçməlidir?