Müsahibədən sonra və Müsahibə(1/4)

Dmitriy Kiselyovun İlham Əliyev ilə Nikol Paşinyan arasında keçirdiyi müsahibədən sonra 

Müsahibədən sonra.
D. Kiselyov: Cümə axşamı Azərbaycan və Ermənistan ölkələrinin liderləri, İlham Əliyev və Nikol Paşinyan Ria Novosti telekanalına paralel müsahibə verməyə razılaşıblar, hansında ki onlar 27 Sentyabrda Qarabağ uğrunda başlamış müharibə barədə pozisiyalarını tam səmimi şəkildə ifadə ediblər. Ideya ondan ibarət idi ki, tərəflərə eyni suallar verilsin və onlara cavablandırma üçün bərabər şəkildə 20 dəqiqə vaxt təqdim olunsun. Nəticə etibarı ilə pozisiyaların nəinki Qarabağın gələcəyi cəhətdən, həmçinin Moskvada 10 oktyabrda imzalanan prinsiplər cəhətdən də köklü şəkildə bir-birinə tam qarşı olduğu faktını konstatlaşdıra bilərik. Deməli. Əsas olan gələcək barədə fikirlərdir. Azərbaycan modeli odur ki, Azərbaycanlılar ilə ermənilər birgə yaşaya bilərlər, erməni variantı isə bunu nəzərdə tutmur. Ən azından Yerevandan biz bunu hələ eşitməmişik.

Müsahibə.(1/4)

D. Kiselyov: 27 Sentyabrdan başlayan hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz, tərəflərin itkiləri necədir və əsirlər çoxdurmu?

İ.Əliyev: 27 Sentyabr günü Ermənistan hərbi qüvvələri Azərbaycan hərbi qüvvələrinə hücum etmişdilər. Son 3 ay ərzində bu baş verən ilk hücum deyil idi, lakin bu hücumun miqyası daha böyük olmuşdu. Bənzər hücum İyul ayında baş vermişdi. O vaxt həmin hücum susdurulmuş idi. Daha sonra avqustda mülki əhaliyə və hərbiçilərə terakt hadisələrinin törədilməsi üçün Ermənistan tərəfindən diversiya qrupu göndərilmiş idi. Bu qrupun başçısı tərəfimizdən tutulmuşdu və indi də ifadə verməyə davam edir. Və Sentyabr ayında da bizim mülki əhaliyə qarşı artileriya atəşləri edilmiş idi və ilk saatlardan bizim həm mülki əhali tərəfdən həm də hərbiçilər tərəfindən itkilərimiz yaranmışdı. Bu günə qədər mülki əhalidən 43 nəfər həlak olub 200 nəfər yaralanıb, 2000ə yaxın ev zərbə altına düşüb və bəziləri tamamilə dağanaq halına gətirilib bəziləri isə qismən zədələnib. Təəssüf ki, Ermənistan tərəfi atəşkəs razılığından sonra da artileriya hücumlarını davam edir, həmçinin Gəncənin barbarcasına bombaladılmasını da qeyd etməliyik. Bu bombaladma nəticəsində 10 insan həlak olub və 40a yaxın vətəndaş yaralanıb. Döyüş bölgəsindəki itikilərə gəldikdə isə bizdə olan məlumatlara görə, düşmən tərəfinin itkiləri bizim itkilərdən dəfələrlə çoxdur. Biz öz itkilərimiz barədə münaqişənin aktiv fazası bitdikdən sonra məlumat verəcəyik. Nəticələrə gəldikdə isə onlar Azərbaycan ordusu çox müvəffəqiyyətlidir. Biz düşmənin dərin eşelonlanmış müdafiəsini qırmağı bacardıq. Bəzi hissələrdə hətta 4 xətt müdafiə var idi və relyefin özü də dağlıq ərazi olduğu üçün müdafiəni kontrhücumdan daha effektiv edirdi. Bu günə qədər 10larla yaşayış ərazisi azad olunub, həmçinin Cəbrayıl şəhəri və Cəbrayıl şəhərinin kəndlərinin çoxsu, Fizuli rayonununun kəndlərinin çoxsu, strateji əhəmiyyəti olan Suqovuşan kəndi də azad olunub. Murovdağ dağında yüksəkliklərdən işğalçıları qovmuşuq və öz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdə müvəffəqiyyətli əməliyyatlarımızı davam edirik.

D. Kiselyov: 27 Sentyabrdan başlayan hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz, tərəflərin itkiləri necədir və əsirlər çoxdurmu?

N.Paşinyan: Hərbi hissədə vəziyyət çətindir. Hər iki tərəfin çoxsayda itkiləri var. Dağlıq Qarabağın müdafiə qüvvələri müdafiə olunmağa davam edirlər. Mən nəticələri çətin qiymətləndirirəm.

D. Kiselyov: Emm.. Yəni tərəflərin necəsə itkilərini qiymətləndirmək və əsirlərin sayını müəyyənləşdirmək hələ ki alınmır.?

N.Paşinyan: Bir çox ekspertlər deyirlər ki bu öz miqyası cəhətdən 21ci əsr üçün görünməmiş müharibədir. Çünki burada bütün vasitələrdən istifadə olunub. Tanklar, dronlar, samolyotlar, vertolyotlar…. eeeem...zirehli texnika, artilleriya, raket artileriyası və s. Və..və...və çox sayda əsgər və hərbiçi cəlb olunub bu hərbi əməliyyatlara. Çox güclü döyüşlər gedir və emm imm hazırda özünümüdafiyə ordusu müdafiyyə olunur və Türkiyə və Azərbaycanın ordularının Qarabağı ələ keçirmək əməliyyatı hazırda puç olub.

Facebook post

Oxunulub: 334