İnformasiya müharibəsində kiçik bir qələbəyə nail olduğuq

Gəncəyə son hücum zamanı gecə mən facebookda bloka düşdüm və 24 saat heçnə yazıb paylaşa bilmirdim. Heç like qoyaraq dəstək də ola bilmirdim. Amma dünən İnformasiya müharibəsində kiçik bir qələbəyə nail olduğumuzu gördüm. Ermənilər Şuşanı Şuşi adlandırırdılar və onların toponimında bu söz ismin halına görə dəyişmirdi. Rus telekanalları da mediada o şəhəri elə ermənilərin variantı ilə səsləndirirdi. 2 gün öncə həm bizim qrupda həm də açıq postda bir çağırış etmişdim ki, hamımız Dojd telekanının postlarına Şuşa yazaq(rusca) və şəhərin adının düzgün səsləndirilməsini tələb edək. Çağırışımı yerinə yetirən edən hər kəsə təşəkkür edirəm və təbrik edirəm. Çünki biz qalib gəldik!

Dünən gördüm ki, Dojd kanalı artıq o şəhəri Azərbaycan adı ilə yazır. Şuşa deyir və ismin halına görə Şuşe, Şuşu kimi sözü hallandırır. Ərazini öz tarixi adı ilə Azərbaycan adı ilə səsləndirir! Tələblərimizi yerinə yetirməyə başladılar!

My default image 

 

İnformasiya müharibəsi budur. Bəzən bircə hərif uğrunda mübarizə aparmaqdır. Çünki bu hərif ilə, bu söz ilə ərazinin bizə aid olması göstərilir hər kəsə. Biz xarici media qürumlarını ərazilərimizi öz adları ilə səsləndirməyə çağırmalıyıq, bunun üçün informasiya hücumları etməliyik. Bu gün ərazini öz tarixi adı ilə səsləndirəcəklər, sabah isə ərazinin Azərbaycana aid olduğunu da deyəcəklər və haqq ədalət informasiya sahəsində də bərqərar olunacaq. Beləliklə biz ona nail olacağıq ki, xarici ölkələrdə hər kəs biləcək və deyəcək ki, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

 

Facebook post

Oxunulub: 324