İnformasiya müharibəsində apardığım dialoq formatlı döyüşü qısa sual-cavab ilə sizə təqdim etmək istəyirəm

Bu gün İnformasiya müharibəsində apardığım dialoq formatlı döyüşü qısa sual-cavab ilə sizə təqdim etmək istəyirəm. Məsələ bir rus media agentiliyin paylaşdığı məqalədən başladı. Məqalənin başlığı belə idi: "Kommunistlər niyə Qarabağı Azərbaycana vermişdilər". Kommentlərdə qeyd elədim ki, tarixi təhrif etmək və sözləri dəyişmək lazım deyil. SSR vaxtı tərtib olunmuş protokolda "Qarabağ Azərbaycanın tərkibində QALSIN" yazılıb, "Azərbaycana VERİLSİN" yox. Həmçinin komentə həmin qərarın protokolunun scan faylına linki yerləşdirdim. Bundan sonda kommentlərə ermənilər gəldi. Və uzun bir publik dialoq başladı. Həmin dialoqu mümkünü qədər qısa formada sizə təqdim edirəm:

- Bəs SSR-dən əvvəl Azərbaycan harada idi?

- Sovet dönəmindən əvvəl mövcud olan və türk milləti tərəfindən idarə olunan xanlıqlar: Qarabağ xanlığı, Şəki xanlığı, Şirvan xanlığı, Bakı xanlığı, Gəncə xanlığı, Quba xanlığı, Naxçıvan xanlığı, Quba xanlığı, Talış xanlığı, İrəvan xanlığı

- bu xanlıqlardan əvvəl orda Ermənistan çarlığı olub

- Bu fake məlumatdır və sizin narsist arzularınızın nağılvari məhsuludur. Siz köçəri millət olumusunuz və sizi bu ərazilərə ona görə köçürüblər ki, burda dini balans yaradılsın və müsəlmanların yanında xristianlar da olsun

-Romada bir xəritə var, o xəritədə Ermənistan var amma Azərbaycan yoxdur.

-Mən sizə 100lərlə xəritə göstərə bilərəm harada ki, ermənistan sözü yoxdur amma Azərbaycanın xanlıqları, kəndləri və şəhərləri var. Məsələyə kənardan baxın. Qarabağ "Qara" və "Bağ" sözlərindən yaranıb - tərcüməsini izah edirəm - "Şuşa" toponimı "şüşə" sözündən yaranıb - tərcüməsini izah edirəm - Yerevan sözü İrəvan xanlığından o isə Rəvan sözündən yaranıb. Rəvan isə türk/fars sözüdür və mənası "düzgün,aydın,dəqiq" deməkdir və bu gün də Rəvan adını daşıyan Azərbaycanlılar var. Siz tez-tez tarixi təhrif edib fake adlar, fake sözlər yazırsınız. Sonra bu fake məlumatlardan bir-birinə istinad edərək nağılı reallıq kimi qələmə verməyə çalışırsınız

- Siz elə ancaq sizə sərf edən tarix barədə danışırsınız və hazırki şəhər adlarını sadalayırsınız, daha keçmişə getsək mənzərə başqa olar

- Mən sizin versiyalarınızı və sizin tarixinizi də araşdırmaq istərdim. Lakin, əfsuslar olsun ki, sizin tarixinizdə o qədər fake məlumat var ki, onları bir araya toplayanda heçnə üst-üstə düşmür. Əgər sizin öz tarixçiləriniz belə fake məlumat yazmasalardı daha asan olardı. Məsələn, siz deyirsiniz ki, hazırda yaşadığınız Ermənistan sizin tarixi əraziniz olub. O zaman ortaya bir sual çıxır. Siz 2 milyon vətəndaşdan ibarət monoetnik dövlətsiniz. Rusiyada isə 1 milyondan çox erməni var, Fransa da isə 600 000. Əgər həqiqətən də ermənilərin kökü Ermənistan adlanan ərazidirsə Niyə Fransada Ermənistanın 1/4 hissəsi qədər Erməni var? Niyə Ermənistanın özündə erməni sayı azdır? İkinci bir sual sizin millətinizin adı ilə bağlıdır. Sizin millətiniz "hay" adlanır ölkəniz isə Ermənistan. "hay" sözü necə gedib Ermənistan sözünə çevrilib? bu keçid necə baş verib? Deməli sizin köçəri olmağınız ən məntiqli ən inandırıcı və ən real tarixi faktdır. Köçəri olmaqda ayıb heçnə yoxdur, amma sizin tarixçiləriniz əksini düşünüblər deyə sizdə özünəinam yaratmaq üçün tarixi yalanlarla doldurublar. Daha sonra isə bu adət halına çevrilib. Və bu gün erməni bütün planetin ona aid olduğunu sanır və Nuhun və İsanın erməni olmasına inanır. Normaldır bu? Öz tarixçiləriniz sizi bu hala salıb ki millətiniz belə nağıllara inanır.

- yaxşı sual verdiz. Ermənistanda ona görə belə az erməni yaşayır, çünki türklər 1.5 milyon ermənini 1915ci ildə öldürüblər

-Tarixində bu qədər yalan, bu qədər fake məlumat olan bir millətin, bu yetmirmiş kimi bütün dünya üzrə o qədər terror təşkilatlarına(30dan çox) sahib olan bir millətin soyqırım barədə danışmasına, dediyi rəqəmlərə və türkü günahlandırmasına necə inanmaq olar?

Bundan sonra daha mənə cavab gəlmədi. Çünki deməyə artıq bir sözü də yox idi. Dostlar, tez-tez fikir verirəm xarici kanallarda filan verlişlər olur söhbətlər açılır və orada bizim həmvətənlilərimiz tarixi faktları sadalamaq əvəzinə öz emosiyalarını ifadə edirlər. Buna isə ehtiyac yoxdur. Onlarla dialoq "döyüşlərində" qalib gəlmək üçün faktları sadalamaq kifayət edir. Və məqsəd düşməni inandırmaqda deyil. Məqsəd üçüncü tərəflərə "ip ucular" atmaqdadır. Zatən bunu etdikdə düşmən özü də məhv olur. Suallara cavab verməyin, siz suallar verin. Emosiyasız, düzgün mədəni və ən əsası faktlar ilə. Qalanı döyüşü kənardan izləyənlərə qalır. Haqq da biz tərəfdədir, tarix də, qayda-qanun da. Sadəcə bunu daha yaxşı göstərməliyik hər kəsə.

Həsənağa Azad

Facebook post

Oxunulub: 205