Ermənilər Azərbaycanın ayrı-ayrı etnik qruplarına yalvarmağa başlayıblar

Əvvəlcə Gürcülərə diləndilər və cavab olaraq sərhədlərin bağlı qapıları ilə üzləşdilər, sonra Ruslara diləndilər və gülüş obyektinə çevrildilər, indi də Azərbaycanın ayrı-ayrı etnik qruplarına yalvarmağa başlayıblar. ermənilər informasiya müharibəsində belə təxribatlar üçün xüsusi postlar yazırlar, parlamentlərində çıxışlar edirlər, videolar düzəldirlər, fake səhifələr yaradırlar və kommentlərdə yalvarırlar ki, talışlar və ləzgilər müharibədə iştirak etməsinlər. Bu təxribatları ilə Qarabağ müharibəsini türk milləti ilə erməni millətinin qarşıdurması adlandırıb, guya əsas məqsədin türk etnik qrupunun burda erməniləri yox etməsində olduğunu deməyə çalışırlar. İndi bu yalanın üstünə də bir dənə xahiş qoyurlar ki, Azərbaycanda sayca nisbətən az olan digər millətlər bu müharibəyə qarışmasınlar.
Bu barədə hətta bir gürcü də kommentlərdə fikir yazmışdı ki, ermənistandan fərqli olaraq Azərbaycan heç vaxt bir etnik qrupu saxlayıb, digərlərini qovan və ya küçümsədən bir ölkə olmayıb.
erməni multikulturalizm nədir bilmir, dost-qardaş olmaq nədir bilmir, vətən nədir bilmir. erməni heç vaxt başa düşə bilməz ki, Azərbaycanda bütün etnik qruplar böyük bir ailə kimi mehriban yaşayırlar. Nə dövlət kimisə ayırıb nə də ki etnik qruplar bu günə qədər bir-birlərinə yad baxıblar. Azərbaycanda hal-hazırda ən az 18 etnik qrup var və erməni elə zənn edir ki, bu ölkədə türk ayrı gəzir, ləzgi ayrı gəzir, talış ayrı gəzir. Ona görə də talışları və ləzgiləri aldatmağa cəht edirlər. erməni heç vaxt bu birliyi bu həmrəyliyi, hər bir Azərbaycan əsgərinin Azərbaycan torpağı üçün vuruşduğunu başa düşə bilməyəcək.

Bilirəm ki, bizim profillərimizi izləyirlər, dilimizi də çox gözəl bilirlər, yazdığımız postları oxuyurlar. İstəyirəm onlara bu postda biraz Milli Qəhrəmanımız Albert Aqarunov barədə xatırladım. Albert 90cı illərdə Qarabağ uğrunda müharibədə döyüşüb. Tank komandiri olub və düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə hər iki tankı vurması ilə "yəhudi buterbrodu" taktikasını yaradıb. Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu.
Alberti bilirsiz niyə burada yada saldım? Albert yəhudi olub. Azərbaycanda 90-cı illərdə isə cəmi 0.4% faiz yəhudi olub. Bir düşünün. Ümumi əhalinin cəmi 0.4% etnik qrupuna aid olan Albert bu müharibəyə könüllü yazılıb və Milli Qəhrəmanımız olub və Azərbaycanda heç vaxt heç bir etnik qrup özünü kənarda hesab etməyib və etməyəcək.

ermənilər başa düşməlidilər ki, sonda bu təxribatları da boş çıxacaq. Etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycanlı Qarabağı tələb edir və Vətəni üçün əlindən gələni etməyə hazırdır!

 

 

 

youtube video

 

Facebook post

Oxunulub: 414