Mirşahinin sözləri barədə çox düşündüm. Sizi də biraz daha dərindən düşünməyə və tarixi xatırlamağa çağırıram

Mirşahinin sözləri belə idi: "1992-ci əsgərlərindən bilirsinizmi nə ilə fərqlənir bu əsgərlər? Onlar bir sıra hallarda, mənim yadımdadır,məğlubiyyət əsgərləri tək qalıblar. Bu əsgərlər isə hamısı qalibiyyət əsgərləridir. Fərq bundadır!"

İndi gəlin 1992-ci ilin əsgərləri barədə, ümumiyyətlə o vaxtlar nə yaşadığımız barədə düşünək. Ruh yüksəkliyi deyilən hiss yox idi. Ola da bilməz idi. Düşmən əhaliyə hücum edirdi, qadınları, qocaları, uşaqları hədəfə alırdı. Əhalidə çox böyük bir məyusluq hissi var idi. Ordu bilmirdi, məcburi köçkünlərin xilası ilə məşğul olsun, müdafiyə iləmi məşğul olsun yoxsa torpaqlarımızı geri almaq üçün irəli gedib vuruşsun. Hər şey çox qarışıq idi, koordinasiya isə yox idi. Mərd oğullarımız və son nəfəsinə qədər vuruşan igid oğullarımız var idi. Lakin onlar da ölümə getdiklərini bilirdilər. "Ya Qarabağ ya ölüm" sözləri boşuna yaranmayıb. Təəsüf ki, qalibiyyət ordusu üçün igid əsgərlərin çox olması yetərli faktor deyil idi. Koordinasiya yox idi, rəhbərlik qarışmış idi. Əsgərləri düzgün yönəldə bilmirdilər. O vaxtki əsgərlərimiz, fəxrlərimiz sərbəst qərarlar verib torpağı qorumağa çalışırdılar. Bütün bunlar yetmirmiş kimi bir də kreslo davası gedirdi. Ölkədə vətəndaş müharibəsi yaratmaq istəyən qüvvələr var idi. Sürət Hüseynov qoşunları öz məqsədləri üçün istifadə edərək hakimiyyəti ələ keçirmək istəyirdi. Siz indi bütün bu vəziyyətə düşmüş millətimizi düşünün. Daha sonra isə o milləti son nəfəsinə qədər qorumağa çalışan əsgərlərimizi. Bütün bunları içdən görmək üçün sadəcə tarixə nəzər yetirməyiniz, ANS-in videolarına, Çingiz Mustafayevin çıxışlarına baxmağınız kifayət edir.
Bu paylaşıma bir video əlavə edəcəyəm. 1992ci il, 15 May. Laçın. Çingiz Mustafayevin reportajından bir fraqment. Baxandan sonra Mirşahinin nə demək istədiyini anlayacacaqsınız.

O videoya baxın, sonra da indiki vəziyyətimizə diqqət edin. Silah-sürsatımız var! Əsgərlərimiz var! Çox güclü hərbi artilleriyalarımız var! Ruh yüksəliyi çox böyükdür. Koordinasiya var və əməliyyatlar planlı şəkildə icra olunur. Bütün bunlardan əlavə əhali orduya öz dəstəyini göstərmək üçün əlindən gələni edir. Bunlar barədə düşünüb yer-göy arası fərqə diqqət edin. O vaxt igid əsgərlərimiz məğlub olmamaq üçün vuruşurdular. Bu gün isə heç kəsin qalibiyyətimizdən, Qarabağı geri alacağımızdan şübhəsi yoxdur, ola da bilməz!

Gəlin nə dediyimizi də, nə eşitdiyimizi də dərindən düşünək. Düşmən Parser tipli alətlərdən istifadə edərək sosial şəbəkələrdə bizim paylaşımlarımızı izləyir və sevinmək üçün fürsətlər axtarır. Biz onlara bunda yardımçı olmamalıyıq qətiyyən! Biz bir-birimizə dəstək olmalıyıq, Azərbaycanlı olmağımızla fəxr etməliyik və qələbə barədə düşünməliyik!

Facebook post + video

Oxunulub: 254