Müharibənin Ermənistanın xeyrinə sülh ilə bitməsi üçün müxtəlif postlar yazan xainlər var
19.10.2020Müharibənin Ermənistanın xeyrinə sülh ilə bitməsi üçün müxtəlif postlar yazan xainlər var. Onları tanıyırsınız. Adlarını sadalamayacağam. Amma çoxunuz bilmirsiniz ki, onlar söyülməkdən, müzakirə olunmaqdan əksinə pul qazanırlar və siz onlara bu satqınçılıqda özünüz də bilmədən yardım etmiş olursunuz.
Sxem necə işləyir?
Qısaca: Erməni lobbisi sayəsində maddi dəstəklənən xarici qurumlar və təşkilatlar var. Bu xainlər post yazarkən, nəsə deyərkən siz onların postlarında kommentlər yazırsınız və deyilmiş sözləri screen edib paylaşaraq onların ifadələrinin daha da yayılmasına özünüz də bilmədən kömək edirsiniz. Sonra bu xainlər həmin təşkilatlara hesabat göndərirlər ki, belə bir post yazdılar, post bu qədər insan arasında yayıldı və məhşurlaşdı. Sonra da həmin təşkilatlar bu xainlərə bu fəaliyyətə görə qrant şəklində külli miqdarda pul verir.
Necə mübarizə aparmalı?
Çox sadə. Müzakirə etməyin! Komment yazmayın. Like, angry və sair qoymayın, screen edib söyməyin, onlar söyülməkdən də pul qazanırlar. Sadəcə olaraq onları blok edin və danışdıqlarına da fikir verməyin. Onların dediklərini nə qədər az insan görüb müzakirə etsə qazancları bir o qədər az olacaq. Tarix zatən heç vaxt xainləri unutmur və unutmayacaq. Qəhrəmanlarımızı nəvələrimizə danışacağımız kimi xainləri də əsrlər boyu həmişə mənfi kontekstdə xatırlayacağıq!
Diqqətli olun. Xəbərdar olun.