Ermənilər öz əsgərlərinin dul qalmış qadınlarını söyürlər
04.10.2020
Дождь kanalında düşmən tərəf bir müsahibə paylaşıb. Qadındır. Xankəndində yaşayırdılar. Qadının anası rus, atası isə erməni və müharibədə öldüyü əri də ermənidir. Ərini müharibənin ikinci günündə itirib amma hərbiçilər gizlədirmişlər. 2 gün zənglərə cavab ala bilməyən qadına axırı həqiqəti dedilər və bu gün ərinin ölüsünü gətirib verdilər. (tarixlərə diqqət) Qadın deyir ki, əri Şuşada xidmət göstərirdi və orada nisbətən sakitçilik idi amma nədənsə ərini müharibənin ikinci günü - ayın 28-i dərhal irəli pozisiyaya göndəriblər. Ərini bizim snayperlər başından vurub. Qadın şikayətlənir. Deyir ki, onun ərini xidmətə yox ölümə göndəriblər. Deyir ki, ermənistan hakimiyyəti onları ölümə göndərir. Deyir ki, erməni ordusu güclü deyil və ərinin bizə qarşı özü də hazırlıqsız ön pozisiyaya göndərilməsi ölüm hökmü kimidir. Qadın 3 aylıq hamilədir. Aydın məsələdir ki, jurnalistlər bu videonu dünya ictimaiyyətinin hisslərinə toxunmaq üçün çəkiblər. Amma əsas məsələ videonun altındakı şərhlərdədir. Ermənilər öz vətəndaşlarını söyürlər. Deyirlər ki, qadın tam erməni deyil, yarı rusdur. Deyirlər "o bizdən deyil heç erməniyə də oxşamır". Qısacası onlar heç öz vətəndaşlarının da tərəfini tutmurlar, söyürlər. Bir dənə də olsun başsağlığı görmədim. İnsan necə bu qədər insafsız qəddar ola bilər? O qadın bizim düşmənimiz olsa da qadının həyatına görə hətta mən də biraz heyfslənirəm amma qadının öz həmvətəniləri - ermənilər onu da onun ərinin ölüsünə də şərhlərdə lənət oxuyub söyürlər.