Ermənilərin Wikipediada tarixi saxtalaşdırması
20.09.2020Dostlar, ermənilərin yeni fake üsulları ilə üzləşmişəm, istəyirəm paylaşım.
Deməli, yəqin ki bilirsiz, Technote-da gedən Tech-İnside verlişinin ssenarisini mən yazıram. Bu verliş sırf proqramçılar üçün nəzərdə tutulub və biz orada məhşur platformaların arxasında hansı texnologiyaların durduğunu danışırıq. Hər buraxılışın əvvəlində isə platformanın tarixi barədə də qısa məlumat veririk ki, verliş biraz daha geniş kütləni özünə cəlb etsin. Növbəti buraxılış isə İnstagram barədə olmalıdır.
Xülasə. İndi araşdırma aparıram, mənbələrim qlobal xəbər saytlarından, Vikipediadan, Quoradan tutmuş adi blog saytlarına qədər gedib çıxır. İnstagramın qısa tarixçəsi budur ki, Kevin Systrom ilə Mike Krieger birləşib Burbn adlı app yaradırlar, yolun sonunda isə bu app çevrilir olur indi bildiyimiz İnstagram. Burda hər şey normaldır, bütün mənbələrdə də bu tarix barədə müxtəlif maraqlı məlumatlar var. Amma Rus vikipediyasında Kevin Systrom-un səhifəsində tarix bir cümlə ilə dəyişdirilib.
Sitat: "6 oktyabr 2010-cu ildə Apple şirkətinin AppStore tətbiq mağazasına İnstagram tətbiqi əlavə olunur, hansını ki Kevin Qor Qasparyan ilə birgə Burbn layihəsi çərçivəsində yaratmış idi[12]."
Qor Qasparyan kimdir? Hardan çıxdı?
Adamın adı ilə heç bir normal mənbə tapmadım. [12] istinadı isə Quora saytına aparır, amma heç orda da bu ad yoxdur. Google-da araşdırdım, yenə normal məlumat çıxmadı. Kevinin ingilis dilində olan Vikipedia səhifəsini araşdırdım, orada da bu ad çıxmadı. Axı bu Qasparyan kimdir, hardan çıxdı? Bu ad ilə tapa bildiyim yeganə məlumat rusprofile.ru saytındadır. Bu adda bir kiçik sahibkar var, bir-iki xırda şirkəti olub, tikinti materialları satıb, batıb. İndi də kafe-restoran işi ilə məşğuldur. O şirkətlər də Rusiya sərhədləri çərçivəsindədir və adamın gedib Silikon Vadisində Kevini tapıb onunla birlikdə instagram üzərində bir proqramçı kimi işləməsi inandırıcı deyil. Açığı inanmıram ki, heç söhbət eyni adamdan getsin. Düşünürəm ki, məqsəd sadəcə olaraq məhşur platformanın yaranma tarixçəsinə erməni soyadının fake üsullar ilə yazdırılmasıdır.
Sözümün canı odur ki, faktiki olaraq Ermənilər artıq yaxın İT tarixinə də öz soyadlarını elə səliqə ilə sızdırırlar ki, heç xəbərimiz də olmur. Yəni okay, bu Wikipediadır, açıq ensiklopediadır, amma hər gələn-gedən artıq ora belə fake məlumatlar yaza bilməz. Bu gün Wikipedia-da o cür moderasiya levelları, yoxlamalar var ki, heç doğru məlumatı ora yerləşdirmək asan deyil, o ki qaldı fake olsun. Bu ensiklopediadakı resurslara digər KİV vasitələrində də istinadlar verilir. Özü də söhbət elə belə adamdan yox, İnstagramın qurucusu barədə olan səhifədən gedir.
Deyə bilərsiz ki, o İnstaqram, o Kevin o da erməni soy adı, bizə nə bundan. Amma elə deyil. Gözümüzün önündə yaxın tarix təhrif olunur. Hamımızın istifadə etdiyimiz sosial şəbəkənin tarixçəsinə düşmən öz soyadını sızdırır. Bəlkə axtarsaq bir çox yerdə belə hadisələr ilə üzləşə bilərik. Bu xırdalıqlar toplanılır-toplanılır və sonda düşmənimizə bizə qarşı oynanılan informasiya müharibəsində qalib gəlməsinə kömək edir. Ona görə də düşünürəm ki, Wikipedianı redaktor səviyyəsində yaxşı bilən Azərbaycanlılarımız bu barədə nəsə eləməlidirlər. Əgər ermənilər digər platformaların tarixinə də öz soyadlarını sızdırırlarsa bunların aradan qaldırılması üçün tədbirlər görmək lazımdır. Çünki bu hələ yaxın tarixdir. 10 il əvvəl baş vermiş bir hadisəni dəyişdirirlər. Görün indi bunlar 20-30 il sonra necə "şişəcəklər". Bu gün belə xırdalıqlara fikir verən olmasa 20-30 il sonra bunlar durub deyəcəklər ki, ümumiyyətlə İT sahəsində nə varsa hamısını ermənilər yaradıb. Mütləq bu məsələlərə diqqət etmək lazımdır. İnformasiya müharibəsi barədə danışırıqsa belə məqamları boş saymaq sadəlövlük olardı.
Təşəkkürlər.
https://en.wikipedia.org/wiki/Kevin_Systrom
https://www.rusprofile.ru/person/gasparyan-gg-575300521820
https://www.quora.com/Instagram-company/What-is-the-genesis-of-Instagram
Orijinal Facebook postuma link: https://www.facebook.com/hasanaga.azad/posts/2680794972177599