Xocalı soyqırımını ermənilər həmişə xarici mətbuatda bizim üzərimizə yıxmaq, guya biz özümüz öz həmvətənlilərimizi öldürüb o hala salmışıq yalanını yaymaq istəyiblər

Xocalı soyqırımını ermənilər həmişə xarici mətbuatda bizim üzərimizə yıxmaq, guya biz özümüz öz həmvətənlilərimizi öldürüb o hala salmışıq yalanını yaymaq istəyiblər. Bunun üçün onlar hətta Çingiz Mustafayevin Xocalı Komissiyası qarşısında danışmasının əks olunduğu videonun bir hissəsini kəsib istifadə edirlər və fake məlumatlarını yayırlar.
Həmin o videoda Çingiz Mustafayev deyir ki, 29-unda Umudlu kəndindən Ağdama vertolyot ilə qayıdarkən yerdə 50 dən artıq meyidin arasında bizdən 10 nəfərin gəzdiyini görüb və onları kamera ilə vertolyotdan çəkib. Bu çıxışa istinad edərək ermənilər deyirlər ki, guya bizim öz adamlarımız o meyidləri o hala salıblar.

My default image 


Əslində isə Çingiz Mustafayevin o çıxışı edərkən cəsədlərin verilməsinin artıq daha əvvəldən başlamış olmasından xəbəri yox idi.
26 fevral tarixində Ağdam rayonunun komandiri Allahverdi Bağırov erməni tərəfdən Askeranın döyüşçü dəstəsinin rəhbəri Vitaliy Balasyan ilə razılığa gəlmişdilər və o gün artıq meyidlərin təhvili prosesi başlamış idi və hətta Seyidağa Mövsümov orada meyidlərin nə hala düşməsini artıq videolentə almışdı. ermənilər bunu bildikləri üçün qəsdən Çingiz Mustafayevin çıxışının yalnız bir hissəsini öz fake məlumatlarında istifadə edirlər. Mustafayev öz çıxışında həmçinin deyir ki, onun gördükləri Naxçivanik-Askeran yolundan 25 metr aralıqda donuz fermasına yaxın ərazidə baş verib. Onlar bunu ona görə gizlədirlər ki, Seyidağa Mövsümov da öz videolentində ərazinin harada olması barədə məlumat verib. Bundan əlavə Çingiz Mustafayevin çəkdiyi həmin videodan da görmək olar ki, yerdəki o 10 nəfər meydiləri daşımaqla məşğuldur. Həmçinin Seyidağa Mövsümovun o ərazidə ayın 26-sı çəkdikləri ilə Çingiz Mustafayevin ayın 29u çəkdiklərini müqaisə etsək ərazinin eyni olmasını və meyidlərin ermənilər tərəfindən o hala salınmış olmasını görə bilərik.
Postun altına bütün linkləri yerləşdirəcəyəm. Keçib, materiallar ilə ətraflı tanış olun. Düşmənə öz yalanlarını yaymağa imkan verməyin!

 

Videolar

 

youtube video

 

 

Mustafayevin o çıxışdan sonra İzvestiya qazetinə verdiyi müsahibə

youtube video

 

Xocalı Seyidağa Mövsümovun və Çingiz Mustafayevin gözləri ilə

 

youtube video

 

 

Çingiz Mustafayevin Xocalı Komissiyası qarşısında danışdıqları.

 

youtube video

   

Seyidağa Mövsumovun danışdıqları

 

 

youtube video

 

 

Serj Sarkisyanın 2000ci ildə Dekabrda Thomas de Waal-a verdiyi müsahibədə "Xocalıya qədər Azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik. Onlar elə bilirdilər ki, biz dinc əhaliyə əl qaldıra bilmərik" ifadəsinə mənbə https://carnegieeurope.eu/2012/02/24/president-interview-and-tragic-anniversary-pub-47283

 

Facebook post

 

Oxunulub: 592