Erkin Qədirlinin və Kamran Həsənlinin verdikləri müsahibələrə fikirlərim

Bu gün 2 müsahibə izlədim. Biri Erkin Qədirlinin BBC-yə verdiyi müsahibə oldu, digəri Kamran Həsənlinin Popumuz var-da verdiyi müsahibə. Hər ikisi xoşuma gəldi. Çoxdandır belə kamil savadlı fikir eşitmirdik. Maraqlı vəhdəd təşkil etdi mənim üçün. Biri siyasət barədə danışdı, digəri millət barədə.

Birincisi onu deyim ki, Erkin bəyin video müsahibə verməyi bəyənməməsi çıxışları zamanı bədən dilindən çox bilinir. Videolarda səsi tamamilə söndürüb, insanın hərəkətlərinə diqqət etməyi xoşlayıram. Erkin bəy sıxılır, qapanır, özünü səhv yerdə hiss edir, çiyinləri düşür, mimikaları tez-tez küncə sığışdırımış birini xatırladır. Bütün bunlar bu insanın efirdən nə dərəcədə çəkindiyini göstərir. Amma diksiyası, fikirləri ümumi mənzərəni müsbət tərəfə çevirir. İnsanın danışığı onun öz dediklərinə nə qədər əmin olmasını, onun nə etdiyini və hara getdiyini, bizi özü ilə hara aparmaq istəməsini açıq göstərir. Həmçinin onun danışığı insana daha aydın mənzərə təsvir edə bilir, ki yazıları barədə bunu deyə bilmərik. Erkin bəyin postları tapmaca kimidir, çoxu onu anlamır və bu onun məncə əksinə xoşuna gəlir. Videoçıxışları zamanı isə fikirlərini bizə daha asan ötürür. Bəlkə də efir qorxusu onu buna vadar edir. Fikirlərinin isə hamısı ilə razı olmasam da onun ötürməsində pozitiv gələcəyə ümid mənə daha adekvat görünür. Boş deyil sözləri, məntiq aşkar görünür. Məncə Erkin bəy tez-tez videomüsahibələr verməlidir ki, həm o kameraya öyrəşsin həm də ki, biz onun nə demək istədiyini başa düşək.

My default image 

 

Kamran Həsənlinin verdiyi müsahibə isə çox dolğun idi. Məncə söhbətin bir qismi hətta montajda kəsilib. Bəzi söhbətlərin "nöqtəyə" çatmadığını hiss etdim. Rus bölmələri barədə bəzi fikirlərinə qatılmıram, məncə Murad bəy də qatılmır. Amma yenə də şəxsin pozisiyasını dinləmək maraqlı oldu. Televiziyanın niyə bərbad hala gəlməsi barədə kokret adların sadalanmasını, günahkarların barmaq ilə göstərilməsini çox bəyəndim. Siyasət barədə də 1-2 söz oldu. Kamran bəyin Xalq Cəbhəsindən niyə uzaqlaşmasının səbəbi isə mənim üçün surprise olmadı. Üzeyir bəy barədə dediklərini də, ələlxüsus tariximizdə belə insanların olmasında bəxtimizin gətirməsini deməsi çox xoşuma gəldi. Xırda detallara çox diqqət edən adam imiş, belə insanları dinləmək xoşuma gəlir. Həmçinin danışqıları ilə mənə bizim millət olaraq üstünlüklərimizi xatırlatdı. Bunları dinləmək xoş idi.

My default image 

 

Hər iki müsahibəni izləməyi məsləhət görürəm. Vaxtınız boş keçməyəcək, əminəm.

Təşəkkürlər.

Facebook Post

 

 

Oxunulub: 284