Polad Bülbüloğlu müharibə barədə şərh verib və Телеканал Дождь bunu facebook səhifəsində paylaşıb. Mən isə...
30.09.2020
Polad Bülbüloğlu müharibə barədə şərh verib və Телеканал Дождь bunu facebook səhifəsində paylaşıb. Gördüm ki, kommentdə ermənilər səfirimizin atasının adını məsxərəyə qoymaq istəyirlər.(İncəsənət, mədəniyyət görməyiblər axı nə bilsinlər.) Mən də buna taktik yanaşdım və komentə səfirimizin atası, operə müğənnimiz, sənətkarımız Murtuza Məşədi Rza oğlu Məmmədov barədə kiçik məlumat yazdım. "Bülbül" ləqəbinin mənasını izah etdim, xalq artistimizin Şuşada doğulmuş olmasını, erməni vandallarının Qarabağı zəbt etdikdən sonra onun adına olan muzeyi və muzeydəki 6000-dən çox tarixi eksponatı məhv etdiklərini vurğuladım və Bülbül-ün ifasında "Sevgili canan" romansına youtube linkini yerləşdirdim.
Hesab edirəm ki, biz belə auditoriyalar qarşısında Qarabağ barədə həqiqətləri danışmaqla birgə Qarabağla əlaqəli tariximiz barədə də maraqlı məqamları fürsət tapdıqca paylaşmalıyıq. ermənilər söz tapa bilməyəndə öz fake tarixlərinə istinad etməyə çalışırlar. Məncə biz onları belə üsullar ilə susdurub, üçüncü tərəflərə Qarabağa dair tarixi və mədəni irsimizi nümayiş etməliyik. Hərkəs əmin olmalıdır ki, məsələdə aqressor ermənilərdir, Azərbaycan isə mədəni və zəngin tarixi olan bir dövlətdir və öz torpaqlarını geri qaytarmaq uğrunda vuruşur.