Hesab edirəm ki, minaların dərhal müəyyən edilməsi üçün texnologiya peşəkarlarımız birləşərək ordumuza dəstək ola bilərlər

Düşmən zəbt etdiyi ərazilərdə minalar yerləşdirib. Ordumuz irəli gedərkən bu minaların müəyyən olunması vaxt itkisi verir. Hesab edirəm ki, bu minaların dərhal müəyyən edilməsi üçün texnologiya peşəkarlarımız birləşərək ordumuza dəstək ola bilərlər. Bunun üçün 2 gündür ki, bir ideya üzərində düşünürəm. Biz birləşərək dronları təkmilləşdirib onları minaların müəyyən olunması üçün istifadə edə bilərik. Bunun üçün müəyyən texnologiyalar var. Məsələn, 2017ci ildə artıq rentgen texnologiyalı dronlar ixtira olunub. Biz dronları bu texnologiya ilə təkmilləşdirə bilərik. Bundan əlavə düşmənin minalarını ərazidə hətta səthi baxış zamanı da müəyyən etmək olur. Bunun üçün dronlara videogörüntülərdə ərazidə minaları müəyyən etməyi öyrədə bilərik. Bunun üçün də texnologiyalar çoxdur və əlçatandır. Daha sonra bu məlumatları əldə edən dronlar özlərində hər minanın dəqiq koordinatını qeydə ala bilər. Əsgərlərimizi isə ağıllı qolbaqlar ilə təmin edib bu qolbaqları bu dronlarımızın elektron bazasına qoşa bilərik. Beləliklə əsgər minalı ərazidə minaya yaxınlaşdıqda dərhal ona səs və vibrasiya tipli bildiriş gələcək və əsgər düşmənin gizlətdiyi minanı dərhal görəcək.
Düşünürəm ki, biz - proqramçılar könüllü şəkildə birləşərək bu texnologiyanı ən gec 1 ay ərzində hazır edib sınaqlara başlaya bilərik. Və qısa zaman ərzinə ordumuz bu əlavə imkanlar ilə də təmin oluna bilər.

Facebook post

 

Oxunulub: 235