Rossiya1 az öncə Prezidentimizdən canlı efirdə qısa müsahibə götürüb.
29.09.2020
Rossiya1 az öncə Prezidentimizdən canlı efirdə qısa müsahibə götürüb. Prezidentimiz həmişəki kimi məsələni xırdalayıb geniş, dəqiq və tam məlumat verdi. Türkiyə barədə sual olundu. Prezident ətraflı formada dedi ki, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və Türkiyə gərginlik yaranan ilk dəqiqələrdən açıq şəkildə bizim tərəfimizdə olduğunu bəyan etdi və Türkiyə bizə hazırda yalnız mənəvi dəstək verir. Prezident dedi ki, qarşı tərəf Türkiyəni bu mövzuda şişirərək ilk öncə Azərbaycan ordusunu küçümsətmək istəyir, digər məqsədi isə Türkiyəni iştirakçı kimi qələmə verib başqa-başqa ölkələrdən dəstək almaqdır. Prezident dedi ki, Azərbaycan ordusu güclüdür və 10 milyonluq əhalisi olan ölkənin 2 milyonluq ölkənin cavabını vermək üçün əlavə köməyə ehtiyacı ola bilməz. Dedi ki, Türkiyə tərəfi mənəvi dəstəyini bizdən əsirgəmir və biz buna görə qardaş ölkəyə minnətdarıq amma müharibədə 3cü tərəflər iştirak etmirlər. Hamçinin Prezidentdən sülh barədə soruşuldu. Prezident də Minsk qrupu barədə söz açdı. Dedi ki, ermənistan 30 ildir ki Minsk qrupunun tələblərini icra etməkdən qaçır, paşinyan hakimiyəttə gələndən bəri isə öz hərəkətləri ilə o ölkə ilə heç bir dialoqun mümkün olmayacağını nümayiş edir.
Mən qısa yazdım, amma Prezident çox dolğun dəqiq və ətraflı cavab verib. Altyazılı versiyanı tapsanız mütləq izləyin.