Informasiya müharibəsində iştirak etmək sənin borcundur.

Informasiya müharibəsində iştirak etmək sənin borcundur. Çünki:

1. Əsgər orda düşmənlə üz-üzədir, döyüşür, hər bir qarış torpaq uğrunda şəhid olur. Diplomat orda masa arxasında düşmənlə saatlarla danışıb onun fake məlumatlarını, absurd istəklərini dinləməli olur, saatlarla dialoq üzərində mübarizə aparmalı olur. Sənə isə nə lazımdır etmək? Sadəcə isti evində oturub hastaglı post, komment yazmaq. Bundan asan nəsə varmı? Niyə eləmirsən?!

2. Sən öz iştirakınla digər ölkələrdə yaşıyan insanlara təsir edə bilərsən, o insanların çoxluğu isə həmin ölkədəki media agentliklərinə təsir edəcək. Ondan sonra isə həmin ölkələrin rəhbərlikləri və digər diplomatları Azərbaycanın tərəfində olacaq. Sənə sənin tərəfində olanlar lazımdır, çünki bu düşmənə qarşı əlavə basğı yaradır. Bunu sürətləndirmək üçün niyə heçnə eləmirsən?

3. Sən xaricə gedəndə artıq erməni sənə gülüb lağlağıya sala bilməyəcək.Bunun üçün nəsə etməlisən. Sabah o xarici səndən bu gün baş verən hadisələr barədə suallar verəcək. İnformasiya müharibəsinə qatıl. Ən azından o xariciyə ağzını açıb deməyə, danışmağa sözün olsun. Utanc vəziyyətinə düşməyəsən.

4. Qarabağı sənsiz də alacağıq. Amma sən o torpağa getmək, orada istirahət etmək, orada şəkil çəkdirmək, oranın havasını dadmaq istəməyəcəksənmi?! Əgər indi heçnə etmirsənsə sabah özündə bu haqqı necə görəcəksən?

5. Və ən əsası. Bu dəqiqə sənin yaxınının əzizi sənin torpağında şəhid olur. Daha pisi, heç müharibəyə aidiyyatı olmayan insanlara da hücumlar olur. Sabah sən o əzizini itirmiş yaxınına necə Baş sağlığı verə biləcəksən? Necə dilin çatacaq o sözləri deməyə, əgər sən bu gün onu ölümdən xilas etmək üçün heçnə etməmisənsə?!

İnformasiya müharibəsinə qatılın. Yazın paylaşın. Deyin. Çatdırın həqiqətləri dünyaya. Hər kəs əlindən gələni etməlidir. Düşmənin əhalisi cəmi 2 milyon ola-ola bu dəqiqə öz fakelarını elə sürətlə yayır ki, camaat inanır. Sənin ölkən isə 10 milyon insandan ibarətdir. Biz çoxuq. Niyə düşməndən daha zəif çıxmalıdır səsimiz? Göstərin özümüzü. Yayın həqiqətləri! Biz daha güclüyük və bunu göstərmək üçün bütün imkanlarımız var! Qarabağ Azərbaycandır və bu dünyada yaşıyan hər kəs bunu bilməlidir!

#KarabakhisAzerbaijan

 

Facebook post

Oxunulub: 246