Bakıda françayzisi olan AnderSon kafesinin şəbəkəsinin sahibəsi Rusiyada yaşıyan Anastasiya Tatulova erməniləri dəstəkləyib
19.10.2020Bakıda françayzisi olan AnderSon kafesinin şəbəkəsinin sahibəsi Rusiyada yaşıyan Anastasiya Tatulova deyib ki, balalarının dörtdəbiri ermənidir, ailəsində də erməni çoxdur. Ona görə də puluyla da sözüylə də bu müharibədə Ermənistanın tərəfindədir.
Daha sonra da bu Bakıdakı Andırsın kafesinin Azərbaycan səhifəsi post yazıb ki, françayzidən imtina edəcəyik, kafemizin adını dəyişəcəyik, ayrıca fəaliyyət göstərəcəyik və biz özümüz Azərbaycanın tərəfindəyik.
Okay. Hörmətli Andırsın kafesinin yerli françayzisinin sahibləri, kafenizin səhifəsində müharibəyə aid bir dənə də olsun post yoxdur. Neçə vaxtdır müharibə başlayıb, nə bir bayraq var nə də dəstək sözü. Yerli kafenin da sahibi bəlli deyil. Demirəm ki, səhifədə müharibəyə dəstək vacibdir və ya mütləq olmalıdır. Olmaya da bilər. Hər kəsin öz işidir. Amma mən sənin səhifəni aşağı-yuxarı gəzəndən sonra səndə Azərbaycanlılığa aid heçnə görmədimsə niyə indi mən sənə inanmalıyam? Nəyə əsasən? Durub indi söz-söhbətdən sonra posta bayraq qoymaqla deyil. Mən hardan bilim ki, sən kafenin adını dəyişib sabah mənfəəti ermənipərəst Anastasiyaya ötürməyəcəksən? Şəxsən mən yerli Andırsına inanmadım. Adı dəyişib, gəlirləri Anastasiyaya verəcəklər, o da ordan erməniyə dəstək pulu köçürəcək.
Bağlansın!