Prezidentimiz düşmənə "sənin şansın var idi, ağıllanmadın, qudurdun, azğınlaşdın, indi al payını. İti qovan kimi qovuruq səni" mesajını verdi

My default image 

Prezidentimizin müraciəti barədə fikirlərimi ifadə etmək istəyirəm. Çox güclü, çox qətiyyətli və kəskin bir nitq idi.

Müraciətdə BMT-nin qətnamələrinin yalnız kağız üzərində qalması deyildi, Minsk qrupunun təkliflərinin elə təklif olaraq qaldığı deyildi. Ali Baş Komandan qeyd etdi ki O "indi əl-ayağa düşmüşlərə" bu neçə illər ərzində dəfələrlə ermənistana təziq etməyi, sanksiyalar tətbiq etməyi təklif edib, lakin onlar "bu bizi maraqlandırmır" deyirdilər. "Əgər maraqlandırmırdısa indi nə hoqqalardan çıxırsınız?!"
Prezidentimiz qondarma respublikanın özləri üçün xəritələr çəkməyə başlamış olduqlarını, həmin rejimin öz parlamentini Şuşaya köçürmək istəməsi barədə dedi. Cıdır düzündə düşmənimizin rəqsləri barədə də söz getdi, geydirmə rejimin orada Cəbrayıldan ermənistana yol çəkməyi planlaşdırdıqlarını da vurğuladı. Prezident dedi ki, 2 il öncə Paşinyan ondan xahiş edib və müddət istəyib, deyib ki, o yeni rəhbərdir, ondan öncəkilərə bənzər davranmayacaq və məsələnin sülh yolu ilə həll olunmasına çalışacaq. Lakin bu baş vermədi. Əliyev paşinyanın ora-bura gecə-gündüz zəng etməsini də vurğuladı. ermənilərin tək-bə-tək vuruşmaqdan qorxduqlarını qeyd edən Prezident bizə ittihamlar irəli sürən üçüncü tərəflərə "getsinlər, güzgüyə baxsınlar" dedi. 7 şərt irəli sürmüş düşmənə İlham Əliyev "sən kimsən ki, şərt qoyursan bizə!" deyib, erməni tərəfinin başçısının bizdən üzr istəməsini tələb etdi! Rəhbərimiz dedi ki, "üzr istəsin", "ərazi bütövlüyümüzü qəbul etsin", "qoşunlarını geri çəksin", desin ki "Qarabağ ermənistan deyil" və işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələrinin gedişinin cədvəlini versin bizə.
Yalnız bu şərtlər gerçəkləşəcəyi halda atəşkəsi bərpa edəcəyimizi dedi Prezidentimiz.
Lakin bütün bunlara onu da əlavə etdi ki, hazırki şiddətli döyüşlər zamanı bunu etmək çətindir və biz dayansaq onlar dayanmayacaq, amma hər halda bunun üzərində işləmək olar. Dedi ki, dayanmayacağıq, biz artıq onlara vaxt verən deyilik və biz onlara imkan verməyəcəyik ki, gedib güc toplayıb yenidən hücum etsinlər, Cəbrayılın işğaldan azad olunması isə onlara dərs olmalıdır!

Prezidentimiz düşmənə "sənin şansın var idi, ağıllanmadın, qudurdun, azğınlaşdın, indi al payını. İti qovan kimi qovuruq səni" mesajını verdi.

Prezidentimiz qeyd elədi ki, Azərbaycan indi tarixi günlərini yaşayır. Düşünürəm ki, Prezidentimizin bu mesajı bu tariximizin çox vacıb hissəsi oldu. Çünki İlham Əliyev xalqımızın bu neçə illər boyu dediklərini bir nitqə toplayıb onu düşmənin üzünə şapalaq kimi vurdu!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Facebook post

Oxunulub: 277