İlham Əliyevin Ria Novosti kanalında D.Kiselyovun keçirdiyi müsahibədən sonra Rusiyalılara müraciəti

İlham Əliyev 

Daha öncə sizə D.Kiselyovun 15 Oktyabr 2020 tarixində İ.Əliyev və N.Paşinyan arasında keçirdiyi qarşıdurma tipli müsahibəni təqdim etmişdim. Həmin müsahibənin sonunda Prezident İlham Əliyev fürsətdən istifadə edərək Rusiyalılara bir müraciət etmişdi. Hesab edirəm ki, o müraciətin böyük tarixi əhəmiyyəti var və müraciət hadisələrin gedişatına ciddi təsir edib. Sizə həmin müraciətin tərcüməsini təqdim edirəm

 

D. Kiselyov: Möhtərəm Prezident, təşəkür edirəm, mən planlaşdırdığım bütün sualları sizə verdim, bəlkə siz özünüz nəsə əlavə etmək istərdiniz?

İ.Əliyev: Mən bu fürsətdən istifadə etmək istərdim və yeri gəlmişkən sizə təşəkkür edirəm ki, sözlərimi çoxmilyonlu Rusiya auditoriyasına ötürməyim üçün fürsət təqdim etmisiniz. İstəyirəm ki, Azərbaycanın pozisiyasını daha yaxşı anlayasınız, çünki münaqişə barədə və onun tarixi və bu günü barədə bəzən çox müxtəlif fikirlər olur. Sadəcə olaraq faktlara əsaslanaraq bizim tamaşaçılarımıza əslində nələrin baş vermiş olduğunu və bu gün baş verdiyini izah etmək istəyirəm.
19-cu əsrin əvvəllərində Qarabağ və Şuşa Xanı İbrahim-Xəlil, onun statusu elə belə də adlanırdı, Sisianov simasında Rusiya çarı ilə Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə müqavilə bağlayıb. Müqavilə Kürəkçay müqaviləsi adlanır. Onun mətni internetdə yerləşdirilib və hər kəs bu müqavilə ilə tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığında hər hansı erməni əhalisinin olması barədə heç bir söz yoxdur. Ermənilərin kütləvi şəkildə bu ərazilərə köçürülməsi 1813-ci və 1822-ci illərdə baş verən iki Rus-Fars müharibəsindən sonra başladı. O vaxtdan etibarən hazırki İran və qismən şərqi Anadolu ərazisindən ermənilərin kütləvi şəkildə Qarabağ regionuna köçürülməsi başladı. Bu dediklərim bu ərazinin tarixən kimə aid olması barədə idi.
1918-ci ildə Rusiya İmperiyası dağıldıqda Azərbaycan Demokratik Respublikası və Ermənistan Müstəqil ölkəsi yarandı. Azərbaycan Demokratik Respublikası bütün bu ərazilərin çərçivəsində yaranmışdı və həmçinin Azərbaycan Demokratik Respublikası öz yaradılışını elan etdikdən bir gün sonra qərar verdi ki, Yerevan Ermənistana paytaxt məqsədi üçün təqdim olunsun. Bu da tarixi faktdır.
1921-ci ildə Qafqaz bürosu qərar verdi ki, Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. İndi bəzi psevdotarixçilər təhrif etdikləri kimi “köçürülsün” yox, saxlanılsın. Baxın belədir bu regionun tarixi.
SSR-in dağılması zamanı baş verənləri isə hərkəs bilir. Axı SSR-in dağılması da Dağlıq Qarabağdakı separatçılardan başlayıb. Bu idi “başlanğıc atəşi”. Çünki indi bir çoxları həmin mitinqləri unudurlar. Kimlər onları təşkil edirdi, kimlər bu hadisələrin arxasında dururdu. Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Və hesab edirəm ki, mənimlə hər kəs razılaşar. Lakin Soros artıq bir şəxsiyyət də deyil, bu bir anlayışdır. Mən əminəm ki, o vaxtı da böyük bir ölkəni dağıtmaq üçün belə alətlər işə salınmışdı ki, ölkə içəridən “partladılsın”. Mübahisələrin təşkil olunması, millətlərin bir-birinə qarşı düşmənləşdirilməsi və ölkənin dağıdılması. Baş verən də elə bu oldu. Ona görə də istərdim ki, bu tarixi faktları Rusiya ictimayətinə ötürüm və deyim ki, Azərbaycan Rusiya ilə çox əsrli dostluq bağları ilə əlaqəlidir. Əməkdaşlıqlar, qarşılıqlı anlaşmalar var və mən əminəm ki, heç kəs bunə təsir edə bilməz. Halbu ki, biz müxtəlif tərəflərin bizim aramızda çaxnaşma yaradılışı, hər-hansı güvənsizlik yaradılışı cəhdlərini görürük. Lakin Rusiya və Azərbaycan rəhbərliklərinin ardıcıl siyasəti sayəsində biz nəinki geriyə getmirik, biz irəli gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birlərini strateji partnyor adlandırırlar. Bizim ölkələrimiz arasında olan qarşılıqlı əlaqələrin səviyyəsi istənilən qonşu ölkələr üçün nümunə ola bilər. Və mən əminəm ki, münaqişənin hərbi fazası bitdikdən sonra və biz siyasi tənzimlənmələrə başladıqda, və biz bunu lap elə sabah da başlaya bilərik, əgər Ermənistan ona aid olmayanı güc ilə yenidən əldə etmək cəhdlərini dayandırsa, mən əminəm ki, Rusiya bizim regiondakı stabilizasiya işində öz öndər rolunu davam edəcək. Ona görə də sizin kanalınız üzərindən bütün Rusiyalılara öz ən yaxşı salamlarımı və ən xoş arzularımı ötürmək istərdim. Keçən il Milyon Rusiyalı Azərbaycana ziyarət edib. Əminəm ki, pandemiyadan sonra bu dinamika bərpa olunacaq. Biz həmişə Rusiyadan gələn qonaqlarımıza şadıq və onlar bilirlər ki, onlar Azərbaycana gəldikdə özlərini öz evlərindəki kimi hiss edirlər.

 

D.Kiselyov: Cənab Prezident, bu səmimi müsahibəyə görə sizə təşəkkür edirəm.

İ.Əliyev: Təşəkkür edirəm.

 

My default image 

Oxunulub: 1075