Azad Torpaq layihəsi. Yüksəklik dronu.

Daha öncə dediyim kimi, layihə bir neçə tərkib hissələrindən ibarətdir. İlkin olaraq Yüksəklik adlı dron yaradılmalıdır. Çünki bu dronun yaradılışı dəfələlə asan olacaq və layihə bu addımdan etibarən artıq orduya fayda verməyə başlayacaq.

 

Yüksəklik dronunun tərkib hissələri:

1.Kvadrokopter tipli dron
2.Yüksək keyfiyyətli kamera
3.Arduino sxemi və üzərində kiçik bir əməliyyat sisteminə və daxilində xüsusi olaraq yaradılmış proqram təminatı.

 

 

İşlənməsi

Ordu hər hansı əraziyə daxil olmaqdan öncə Yüksəklik dronlarını həmin əraziyə yönəldəcək. Hər dron ərazinin müəyyən hissəsini 20 metr hündürlükdən videolentə alaraq hər bir kadrda səthi baxış ilə görünən minaları avtomatik özü aşkarlayıb onların koordinatlarını qeydə alacaq. Yüksəklik dronu bu koordinatları ərazini gəzərkən öz daxilində tərtib etdiyi 2D xəritənin üzərinə yerləşdirəcək. Dronların hər birinə yalız müəyyən radiusda ərazinin yoxlanılması tapşırılacaq. Odur ki, dron həmin ərazi barədə məlumatları əldə etdikdən sonra ordunun ştablarına geri qayıdacaq ki toplanılmış məlumatlat ondan kompyuter proqram təminatına köçürülsün.

 

Fayda

Səthi baxışla da görülən minalar ciddi təhlükə daşıyırlar və itkiyə səbəb olurlar, çünki döyüş zamanı çox vaxt əsgərlərin bu minaya diqqət etmək, ondan yan keçmək imkanı olmur. Yüksəklik dronu isə orduya ordu əraziyə keçməzdən öncə həmin ərazidə yerləşən minaların koordinatları və onların çoxluğu barədə xəritə üzərində məlumat verəcək və ordu ərazinin daha az təhlükəli hissələrini seçib hücumu o tərəfdən planlaşdıra biləcək.

 

Gələcəkdə istifadəsi.

Növbəti mərhələlərdə yaradılacaq olan Yerlim dronu və koordinatları özündə daşıyan qolbaqlar Yüksəklik dronunun verdiyi məlumatlar ilə birgə həm səthi yerləşən həm də dərində basdırılmış minaların koordinatlar xəritəsini orduya təqdim edəcək və qolbaqlar sayəsində əsgər minaya yaxınlaşarkən o səs və vibrasiya effekti ilə xəbərdar olunacaq.

 

Hazırlanma müddəti
1-2 həftə

 

Tələb olunur
1. Ölkəyə kvadrokopter tipli dronların gətirilməsi üçün rəsmi icazə
2. Hardware developer
3. Software developer

 

#AzadTorpaq #dron #KarabakhIsAzerbaijan

 

Facebook post

Oxunulub: 531