Azad Torpaq

Xalq mənə layihənin ideyasını paylaşmaqda kömək oldu. İnsanlar paylaşdı, səhifələrdə paylaşımlar oldu, həqiqətən gözləmədiyim qədər çox yayıldı. İndi istəyirəm layihə barədə biraz daha dərin məlumat paylaşım.
İlk öncə onu deyim ki, bəzi insanlar məsələni yaxşı bilmədiklərindən paylaşımların altında məndən prototip və ya MVP hazırlamağımı tələb edirdilər. Həmvətənlilərim, Azərbaycan Respublikasına xaricdən adi kvadrokopter tipli dronların gətirilməsi də qadağandır. Bu dron texnologiyası isə layihənin əsasını təşkil edir. Ona görə də dövlət icazəsi və dəstəyi olmadan bu layihənin heç prototipi də gerçəkləşdirilə bilməz, o ki qaldı MVP. Bu səbəbdən layihə barədə məlumatlar paylaşılmalı və dövlət işçilərində diqqət yaranmalıdır ki, layihə qısa zamanda gerçəkləşdirilsin və ordumuza istifadəyə verilsin.

Azad Torpaq adını verdiyim layihə bir neçə tərkib hissəsindən ibarətdir:

1. Yer səthindən 20 metr məsafə hündürlüyündə uçan və adi baxış zamanı görünə bilən minaların dəqiq koordinatlarını videogörüntülər sayəsində qeydə alan Yüksəklik dronu.

2. Yer səthindən 0.5 metr hündürlükdə uçan, metal detektoru ilə təmin olunması sayəsində yerdə basdırılmış mınaları müəyyən edən və koordinatları Yüksəklik dronuna ötürən Yerlim dronu.

3. Minaların Yüksəklik və Yerlim dronları sayəsində toplanılmış koordinatlarını özündə daşıyan və əsgərlərə təqdim olunan, əsgərlər hərhansı minaya yaxınlaşdıqda ona səs və vibrasiya effekti sayəsində bildiriş verərək onları mina təhlükəsindən qoruyan ağıllı qolbaqlar.

Gün ərzində çalışacam layihənin hazırlanma mərhələlərini, hər mərhələdən sonra ordunun bu layihə sayəsində hansı imkanlar qazanacağını, layihə üçün istifadə olunacaq texnologiyaları və xərcləri də sizinlə paylaşım.

Həsənağa Azad

#AzadTorpaq #dron #KarabakhIsAzerbaijan

 

Facebook post

Oxunulub: 910