Prezidentin bu gün müraciət zamanı 2-3 cümlə ilə vurğuladığı SAXLANILSIN sözü əslində çox vacib tarixi detaldır
26.10.2020Paşinyanın "kokeyşın büro disaydid..." sözləri də əslində bu detalın ətrafındadır. Bu gün bizim xarici dil bilən həmvətənlilərimiz ermənilərlə açıq informasiyə döyüşləri edəndə də bu detal ətrafında çox mübahisələr olur və ermənilər sonda uduzurlar. Bu çox vacib, qlobal diqqəti ətrafında toplayan və ermənilərin illər boyu xarici mediada təhrif etdikləri sözdür. Bu SAXLANILSIN sözü o qədər vacib və maraqlı hadisədir ki, biz onu hətta nəvələrimizə də ötürməliyik.
Qısaca
1921ci ildə Qarabağın statusu təhlükə altında idi. O bölgədə rəhbərliyə keçmiş ermənilər sovet rejimindən Qarabağın Ermənistana verilməsini tələb edirdirlər. 4 iyul 1921-ci ildə indi o Paşinyanın dediyi "Kokeyşın Büro"(Qafqaz Bürosu) məsələni səsverməyə çıxarır və ermənilər bu səsvermədə çoxluq təşkil edirlər. Nəriman Nərimanov etiraz edir və məsələnin burada yox Moskvada müzakirəyə qaldırılmasını tələb edir. Nəticədə həmin gün bu Qafqaz bürosu Qarabağın Ermənistana verilməsini planlaşdırır, amma son qərarı Moskvanın verəcəyini qeyd edir. Bütün bunlar protokolun özündə də yazılıb.
Nərimanov həqiqətən çox böyük siyasi şəxsiyyətdir. Məhz onun bu məsələnin üstündə sona qədər durması və böyük bir sücaət göstərməsi nəticəsində bir gün sonra - 5 iyul 1921-ci il tarixində Qafqaz bürosu yenidən toplantı keçirir və yeni protokol tərtib olunur. Protokolda yazılır ki, Dağlıq Qarabağa muxtariyyət verilsin və o Azərbaycan SSR-inin tərkibində SAXLANILSIN.
Bu neçə illər boyu və elə günü bu gün də ermənilər bu protokola istinad edərək deyirlər ki, guya Qarabağı Azərbaycanın tərkibinə Sovet höküməti verib. Amma protokolda yazılmış və hecalanaraq bir sətirdən o biri sətirə keçən kiçik bir "оставить"(saxlanılsın) sözü bu məsələdə Azərbaycanın bütünlüklə haqqlı olduğunu isbat edir. BMT qətnamələri də bu kiçik sözə istinad edirlər. Bizə bu gün də haqqlı olmağımıza kömək edən, ən böyük sənədli faktorlardan biri olan, bir çox danışıqlar masalarında həll edici rol oynayan fakt məhz elə bu kiçik, hecalanaraq bir sətrdən digər sətirə keçən "оставить" sözüdür.