Məni heç kəs qabaqlamayıb, buna ideya oğurluğu da demək düzgün deyil

Həsənağa Azadın və Türk gəncinin minaların tapılması üçün dronlardan istifadə texnologiyasının ideyaları 

Məni bu məsələ barədə postlara tag edirlər, şəxsidən ismarıclar göndərirlər ki, "Həsənağa bu sənin ideyandır", "Səni qabaqladılar", "ideyanı oğurladılar" və s.

Dostlar məni heç kəs qabaqlamayıb, buna ideya oğurluğu da demək düzgün deyil. Sadəcə belə bir reallıq var ki biz, təəsüf ki, heç vaxt özümüzünkilərin ideyalarını və ixtiralarını önəmsətmirik, amma elə ki bir xarici bir söz deyir, tirajlayıb gündəmə çeviririk. Düşünürük ki, özümüzdən kimsə nəsə təklif edirsə boş söhbətdir, yaymayaq, dəstək olmayaq, amma xarici deyirsə - düz söhbətdir,halaldır, əhsən.

Mən isə heç vaxt ideya cəhətdən paxıl olmamışam. Məni uzun müddət tanıyanlar bilirlər ki, həmişə nə problem görmüşəmsə üzərində 1-2 gün düşünüb, ideya formalaşdırıb açıq şəkildə təklif etmişəm. Hətta bir neçə dəfə biznes ideyalarım da olub ki, paylaşmışam, eşidən reallaşdırıb, amma "ideyanı Həsənağa vermişdi" ifadəsini deməkdən çəkinib.

Müharibə yeni başlayan günlərdə də mənə xəbər çatdı ki, o vaxt itkilərimiz ən çox ərazilərin minalanması səbəbindən baş verirdi. Mən də bu barədə bir neçə gün həll düşündüm və 5 oktyabr tarixində ideyamı açıq şəkildə paylaşdım və Azərbaycan Respublikası Müdafiə Nazirliyi səhifəsini də tag etdim amma mənə heç bir geri dönüş olmadı. Niyə? Çünki paylaşmadınız. Dəstək olmadınız.(Dostluğumda 2762 nəfər var amma ideyanı bircə nəfər paylaşdı.) Yoxsa dəstək olsaydınız məsələ geniş maraq cəlb edərdi və bu gün artıq real prototip də hazır ola bilərdi.

İndi qardaş ölkə Türkiyənin vətəndaşı Mərd Delibalta PR olunduğu üçün mütləq ki öz dövlətindən dəstək alacaq və ideyası bir neçə ay sonra hazır məhsula çevriləcək. Daha sonra isə o məhsul bizim ölkəyə yaxşı məbləğlərə satılacaq və böyük ehtimal elə birinci məhz Azerbaijan National Agency for Mine Action - ANAMA həmin ixtiradan yararlanacaq.
Halbuki dəstək olsaydınız o ixtira bizim ölkədə yaradıla bilərdi və hətta xaricə də eksport edib büccəyə xeyir verərdik.

Mənə isə nə qalır demək? Mən öz üzərimə düşəni etdim. İdeyanı düşündüm, paylaşdım, aidiyyatı qurumları da agah etdim, qalanı sizlərə qaldı.
Təki Vətən sağ olsun.

 

Facebook post

Oxunulub: 1060