Müsahibə 3/4

İlham Əliyev, Dmitriy Kiselyov və Nikol Paşinyan. Tənzimləmənin baza prinsipləri 

D.Kiselyov: 10 Oktyabrda imzalanan Moskva razılaşmasında “Tənzimlənəmin baza prinsipləri” anlayışı var. Zəhmət olmasa onları izah edin.

İ.Əliyev: Bu prinsiblər illər ərzində tərtib olunub. Hətta mən 10 ildən çox deyə bilərəm. Və Ermənistanın öncəki rəhbərliyi ilə işlədiyimiz proses zamanı biz aktiv irəliləyirdik və buna pozisiyaların danışılması zamanı nail olurduq. Bu asan deyil idi, danışıqlar istənilən halda gərgin bir prosesdir. Ələlxüsus əgər söhbət belə bir vacib məsələdən gedirsə. Lakin buna baxmayaraq hər iki tərəf məsələni siyasi yol ilə həll etməyin tərəfdarı olduğunu demonstrasiya edirdi. Lakin Ermənistanda rəhbərliyə indiki hakimiyyət gəldikdən sonra daha öncə aparılmış işlərin hamısı Ermənistan tərəfindən zibil qutusuna atıldı. Həmçinin danışıqların formatını dəyişmək cəhti də var idi. Danışıqlara dırnağarası Dağlıq Qarabağın dırnağarası rəhbərliyini cəlb etməyi cəht edirdilər və bu cəht həm biz tərəfdən həm də Minsk qrupu üzvləri tərəfindən rədd cavab ilə qarşılanmışdı. Baza prinsiplərinə gəldikdə isə orada məsələlər dəqiq izah olunub. Azərbaycan ərazilərinin mərhələli şəkildə azad olunması tələb olunur. İlk addımda bu zəbt olunmuş ərazilərinin cənub-şərq hissəsi - 5 rayon geri qaytarılır. İkinci mərhələdə bu Dağlıq Qarabağ ərazisi və Ermənistan arasında yerləşən rayonlardır. Bu Laçın və Kəlbəcər rayonlarıdır. Daha sonra bütün kommunikasiyalar açılır və burada həmçinin Ermənistan-Azərbaycan arasında olan hissələrdə də kommunikasiyaların açılması nəzərdə tutulur. Qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdırlar, burada isə söhbət həmçinin Şuşa şəhərindən və keçmiş müxtar avtonom Dağlıq Qarabağ bölgəsinin digər ərazilərindən gedir. Və bütün bunlardan sonra Dağlıq Qarabağın statusu üzrə tərəflərin ortaq razılığı əsasında danışıqlar başladılır. Prinsipcə əgər qısa olaraq danışsaq baza prinsipləri bunlardır və Azərbaycan həmişə bu prinsiplərə hörmətlə yanaşıb və biz bu prinsiplər üzərində işlər aparırdıq. Lakin Ermənistanın yeni hakimiyyəti dəfələrlə bəyan etdi ki bu qəbulolunmazdır və onlar dedilər ki, onlar torpaqların heç 1 santimetrini də qaytarmayacaqlar. Bunu premyer-ministr deyirdi. Ermənistanın Müdafiyyət Naziri isə demişdi ki, Ermənistan yeni ərazilərin zəbt olunması üçün işlərə başlayır. Dəfələrlə bizə qarşı təhdidlər və təhqirlər ünvanladılıb. Bütün bunlar onunla yekunlaşdı ki, belə bir qarşıdurma yarandı. Düşünürəm ki, Ermənistan tərəfi bu çətin situasiyanı aydın şəkildə qiymətləndirməlidir. Onlar yeni situasiyanı qiymətləndirməlidirlər və atəşkas rejiminə sadiq olmalıdırlar, hansını ki, onlar imzaladıqdan bir neçə saat sonra gecə vaxtı yuxuda olan Gəncənin mülki əhalisini bombalayaraq kobudcasına pozmuşdurlar.

D.Kiselyov: 10 Oktyabrda imzalanan Moskva razılaşmasında “Tənzimlənəmin baza prinsipləri” anlayışı var. Zəhmət olmasa onları izah edin.

N.Paşinyan: Bu prinsipləri hamı bilir. Eee...ıı..bu əhalilərin öz müqəddəratını təyinetmə haqqıdır...gücün və gücdən istifadə təhdidinin olmamasıdır və ərazi bütövlüyü. Məsələ ondadır ki, bu prinsipləri tərəflər necə interpritasiya edirlər. Çünki danışıqlar zamanı məlum oldu ki, tərəflər bu prinsipləri fərqli cür interpretasiya edirlər və indi elə bir situasiya yaranıb ki, bu prinsiplərdən biri artıq pozulub. Mən dedim artıq vacib prinsip var ki güc və ya gücdən istifadə təhdidi istifadə olunmamalıdır Dağlıq Qarabağ probleminin həlli üçün.

 

Facebook post

Oxunulub: 876