Müsahibə 2/4

My default image 

D. Kiselyov: Kompromislər barədə danışsaq, hansı kompromislərə getməyə hazırsınız və hansı xəttlər var hansılardan ki siz heç bir halda geri çəkilməyəcəksiniz?

İ.Əliyev: Bizim pozisiyamız həmişə konstruktiv və ardıcıl olub. Bu pozisiya BMT-nin qətnamələrinə dayanaraq beynalxalq normalar əsasında qurulmuş idi. Bu qətnamələr sualsız şəkildə bütünlüklə Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizi tərk etməsini tələb edir. Bizim pozisiyamız həmişə praqmatik yanaşma üzərində olub və düşünürəm ki, danışıqlar masasında görülmüş işlər bütün bunları aydın şəkildə əks edirlər. Qırmızı xəttlərə gəldikdə isə, biz bunun barədə çox aydın şəkildə demişik və Minsk qrupu üzvləri bunu yaxşı bilirlər. Heç bir halda Azərbaycanın ərazi bütövlüyünə zərər verilə bilməz. Azərbaycan heç bir halda Dağlıq Qarabağa müstəqillik verməyəcək, lakin eyni zamanda bizim təklifimiz ondan ibarət idi ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində sülh şəraitində Azərbaycanlılar və ermənilər birgə yaşamalıdırlar. Necə ki, bu elə indi də Azərbaycanın digər ərazilərində baş verir və eyni zamanda Bakıda da minlərlə erməni yaşayır. Rusiyada, Gürcüstanda və digər ölkələrdə harada ki, Azərbaycanlılar və ermənilər birgə kəndlərdə yaşayıb işləyirlər və onlar arasında heç bir qarşıdurma baş vermir, buna bizdə də nail olmaq olar. Biz buna köklənmişik. Lakin təbii ki etnik təmizlənmənin nəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünlərimiz öz evlərinə qayıtmalıdırlar. Prinsipçə mən sizə indi baza prinsiplərini daha geniş izah etdim və sizə bizim kompromis cəhətdən yanaşmamızı sərgilədim.

D. Kiselyov: Kompromislər barədə danışsaq, hansı kompromislərə getməyə hazırsınız və hansı xəttlər var hansılardan ki siz heç bir halda geri çəkilməyəcəksiniz?

N.Paşinyan. Əlbəttəki belə bir xətt var. Və bu xətt odur ki, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hah...ha...hhah...haqqı olsun. Və həmişə həmişə Ermənistan belə kompromisa hazır idi. Və və ən məhşur ən məhşur təşəbbüs Kazan təşəbbüsü idi. Lakin Azərbaycan bu razılıqları imzalatmağa imtina etdi çünki Azərbaycan Dağlıq Qarabağ əhalisinin, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqını qəbul etmək istəmir və istəməyəcək. Və ııı və ıı... Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə haqqı...eeem...bizim üçün qırmızı xəttdir. Əlbəttə qırmızı xəttdir. Hansından ki biz geri çəkilə bilmərik.

D.Kiselyov: Üzr istəyirəm. Mən dəqiqləşdirməliyəm. Konkret olaraq hansı kompromisdən siz danışdınız?

N.Paşinyan: Siz dediz ki... siz dediz ki...mən dedim ki...Ermənistan kompromislərə hazır idi və hazırdır. Və siz..ıııı...soruşduz ki, hansı qırmızı xətt var ki, biz Ermənistan geri çəkilməyəcəyik və mən də dedim ki hə, bu Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə haqqıdır.

D.Kiselyov: Sadəcə olaraq siz xətti dediniz amma konkret olaraq hansısa kompromis barədə danışmaq, nümunə gətirmək istəmirsiniz. Düz başa düşdüm sizi?

N.Paşinyan: Emm. Siz bilirsiz...siz bilirsiz..İndi Moskvada, Moskva bəyənatında konkret addımlar qeyd edilmişdi, ki necə danışıqlar prosesi bərpa olunsun. Və bunun vəə vəə bunun altında artıq konkret addımlar izah olunub və biz bu addımlara hazırıq ki Dağlıq Qarabağ sualını həll edək. Və biz belə kompromislərə hazırıq. Proporsional kompromislərə hazırıq, hansılara ki Azərbaycan da hazırdır.

 

Facebook post

Oxunulub: 864